Topaz Premyer Liqasının növbəti iki dövrəsinə hazırlığını davam etdirən "Rəvan" bu gün Bakıda növbəti sınaq matçına çıxıb. Fanat.az xəbər verir ki, paytaxt təmsilçisi I divizionun lideri "Araz"la qarşılaşıb.
Oyun "Rəvan"ın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Qələbə qolunu Bakı klubunun yeni transferi Tyaqo Mirasema vurub.
Qeyd edək ki, "Rəvan" bundan öncə "Sumqayıt"la qarşılaşmışdı. Həmin görüş qolsuz başa çatmışdı. Bu üzdən də "Araz"la oyundakı zəfər "Rəvan"ın yeni baş məşqçisi Güvenc Kurtarın ilk qələbəsidi.
Fanat.az