Fransız futbolçu Qael Nlundulu karyerasını Azərbaycanda davam etdirməyə yaxındır. Fanat.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
Həmkarlarımızın iddiasına görə, «Çernomorets»dən ayrılan futbolçu karyerasını ölkəmizdə davam etdirməyə yaxındı. Lakin onun təklif aldığı klubumuzun adı açıqlanmayıb.
Qeyd edək ki, 21 yaşlı Qael PSJ-nin yetirməsidi. 12 yaşında – 2004-cü ildə Paris klubuna üz tutan Nlundulu 4 il burda futbolun sirrlərini öyrənib. 2008-ci ildə «Portsmut»a keçən Nlundulu 2009-da yüksəldiyi əsas heyətdə debüt edə bilməyib və İngiltərədən ayrılıb. Qael 2011/12 mövsümündə İsveçrənin «Luzanna» klubunun formasını geyinib – 12 oyun. 2012-ci ildə «Çernomorets»ə üz tutan fransız yarımmüdafiəçi Bolqarıstan klubunda mövsüm ərzində 21 oyuna çıxıb və 2 qol vurub. Qael 2008-ci ildə Fransa U-17-sinə çağırılıb.
İdman24.az