Topaz Premyer Liqasının 3-cü dövrəsi üçün hazırlığını davam etdirən "Sumqayıt" Futbol Klubu növbəti yoxlama oyununu keçirib. "Araz-Naxçıvan"la üz-üzə gələn komandamız minimal hesabla məğlub olub. Oyunda yeganə qolu penaltidən David Canalidze vurub.
Premyer Liqanın III dövrəsinə hazırlaşan "Sumqayıt" bu gün ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Aqil Məmmədov yetirmələrini "Araz"la oyunda sınayıb.
Premyer Liqanın autsayderi ilə I divizionun lideri arasında oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib. Oyun "Araz"ın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Matçın yeganə qoluna David Canalidze imza atıb.
Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama oyununu "Rəvan"a qarşı keçirib - 0:0. Elə "Araz" da ilk matçında "Rəvan"la üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.
Yoxlama oyunu
15 yanvar
Sumqayıt - Araz 0:1
Qol: David Canalidze.
Fanat.az