11:38 16.01.2014 600

"Hakimlərimiz yüklənməyə tab gətirmirdi" - MÜSAHİBƏ

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun müsahibəsi

 

- Artıq bir neçə gündür hakimlərin Antalyada təlim-məşq toplanışı keçirilir. Hazırlıq prosesi necə davam edir?

- Əvvəlcədən tərtib etdiyimiz plana əsasən işləyirik. Buraya fiziki hazırlıq üzrə məşqlər, nəzəri biliklərin artırılması və oyunların idarə olunması daxildir. Ötən müddətdə hakimlərimiz 10-dan çox oyun idarə ediblər. Misal üçün, Polşa, Ukrayna, İsveçrə və başqa ölkələrin yüksək liqa komandalarının iştirakı ilə keçirilən qarşılaşmaları qeyd edə bilərəm.

 

- Qış fasiləsindən sonra hakimlərin fiziki hazırlığı hansı səviyyədədir?

- Çempionata fasilə verilsə də, biz Bayıl stadionunda məşqlərimizi davam etdirirdik. Əvəllər fiziki hazırlıq üzrə məşqçimiz yox idi, hakimlərimiz tez-tez zədələnir, yüklənməyə tab gətirmirdilər. İndi belə deyil. Hakimlər təlim-məşq toplanışına hazırlıqlı şəkildə gəlirlər. Ona görə də bu toplanışda zədəsi və yorğunluğu olan hakim yoxdur.

 

- Ötən il qış toplanışına sabiq FIFA referisi Valentin İvanov dəvət olunmuşdu. Bu dəfə isə Aleksey Spirin nəzəri məşğələlərdə öz təcrübəsini hakimlərimizlə bölüşür. Seminarın əsas mövsuzu nə olur?

- UEFA-nın təlimatçısı olan rusiyalı Aleksey Spirini xüsusi olaraq təlim-məşq toplanışına dəvət etmişik. O, böyük təcrübəyə malik bir pedaqoqdur. Biz onun mövzularından razıyıq, o da bizim hakimlərimizin hazırlığından. UEFA-nın tədris disklərində nümayiş olunan epizodlarla bağlı verdiyi suallara aldığı cavablar onu tam qane edir. Hakimlərimizin çox hazırlıqlı olduğunu deyir. A.Spirinin diqqətini cəlb edən əsas məqamlardan biri də hakimlərimizin gənc olmalarıdır. Böyük perspektivə malik olan hakimlərdir.

 

- Qeyd etdiyiniz kimi, bu dəfə daha gənc hakimlər toplanışa cəlb olunub. Əvvəlki müsahibələrinizdə hakimlərimizin əsas çatışmazlığının yanlış mövqe seçimləri olduğunu bildirirdiniz. Yeni nəsil hakimlərdə də bu çatışmazlıq hiss olunurmu?

- Bunların hamısı təcrübə ilə əlaqədar olan məsələlərdir. Onlar təcrübə topladıqca çatışmazlıqlar da tədricən aradan qalxacaq. Hazırda hakimlərimiz üçün əsas məsələ psixoloji hazırlıqla bağlıdır. Bildiyiniz kimi, UEFA da psixoloji hazırlığa xüsusi diqqət göstərir. Oyunlar zamanı hakimlərimizin buraxdığı səhvlərin əksəriyyəti psixoloji hazırlığın yüksək səviyyədə olmaması ilə əlaqədardır. Əslində, psixoloji hazırlığın istənilən səviyyədə olmaması hakimlərin gənc olmaları ilə bağlıdır. Hakim nə qədər təcrübəli olarsa, nüfuzlu futbolçunun qarşısında özünü itirmir, daha qətiyyətli olur.

 

- Təlim-məşq toplanışının gedişində psixoloqun dəvət olunması gözlənir?

- Psixoloqun dəvət olunması yaxın gələcəyin işidir. Psixoloji hazırlıq daimi olmalıdır. Bu 1 günün, 1 ayın işi deyil. Hakimlər özləri də daim öz üzərilərində işləməlidirlər.

 

- Cari mövsümdə çempionatın 4 dövrəli sistemlə təşkil olunması oyunların sayını artırıb. Bu təlim-məşq toplanışında daha çox fiziki hazırlığa üstünlük veriləcək, yoxsa oyunların idarə edilməsinə?

- Bunlar hamısı vəhdət təşkil edir. Fiziki hazırlıq yaxşı olmasa, oyunu yaxşı idarə etmək mümkün deyil. Yaxud oyun qaydalarını yaxşı bilməsən, meydanda problemlərin olacaq. Hakim həm fiziki hazırlığa malik olmalıdır, həm də oyun qaydalarını dərindən bilməlidir. Təlim-məşq toplanışında bunlar pararlel şəkildə aparılır.

 

 

- Bu mövsüm ilk dəfə turun mərkəzi qarşılaşmalarında əlavə köməkçi hakimlərdən istifadə olundu. Bunun nə kimi müsbət tərəflərini müşahidə etmisiniz?

- Bildiyiniz kimi, bu, Avropada yeni həyata keçirilən bir sistemdir. Hesab edirəm ki, bunun müsbət tərəfləri daha çoxdur. Misal üçün, cərimə meydançasının daxilində baş hakimin görə bilmədiyi qayda pozuntusunu əlavə köməkçi hakim görür. O da baş hakimə məlumat verir. İlk dəfə bu il tətbiq etdik. Düşünürəm ki, getdikcə çatışmazlıqlar aradan qalxacaq, səhvlər daha az olacaq.


affa.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

Facebookdan bizi izləməyi unutmayın.
X