Antalyada səfərdə olan Berti Foqts Premyer Liqa təmsilçilərinin və milli üzvlərinin forma geyindiyi xarici klubların düşərgəsinə baş çəkərək baş məşqçilərlə görüşür, futbolçuların vəziyyəti ilə maraqlanır. Bir neçə gün əvvəl "Qarabağ"ın düşərgəsinə baş çəkən alman çalışdırıcı futbolpress.az saytının baş redaktoru Elçin Cəlilova müsahibə verib. Bu gün isə məlum olub ki, millinin baş məşqçisi fikirlərinin təhrif olunduğunu deyib.
Məsələni dəqiqləşdirmək üçün Eçlin Cəlilovla əlaqə saxladıq. Həmkarımız açıqlamasında anlaşılmazlıq olduğunu bildirdi: "Foqts "Qarabağ"ın düşərgəsində olanda müsahibə götürdüm. Bu gün məlum olub ki, müsahibədə fikirlərinin təhrif olunduğunu bildirib. Mən bu barədə fikirlərimi "Facebook"da qeyd etdim. Bundan sonra AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu zəng edib dedi ki, "müsahibədə narazı qaldığımız məqam yoxdu. Mən də, Elxan müəllim də (Elxan Məmmədov - red.) müsahibədə qərəzli və ya problemli nəyinsə olmadığını gördük. Əgər Foqts narazıdısa, onunla danışın, nəyə etiraz etdiyini özündən öyrənin. Bəlkə bir anlaşılmazlıq olub". Mən də Foqtsla narazı qaldığı məqamları müzakirə etməyə hazır olduğumu bildirdim. İstəyirəm ki, anlaşılmazlığa aydınlıq gəlsin. Fikrimcə, burda sadəcə məsələnin yanlış təqdimatı var. Heç nədən qalmaqal yaranmasının tərəfdarı deyiləm. İnanıram ki, problemin olmadığını danışıb aydınlaşdıracağıq".
Foqtsun futbolpress.az saytına müsahibəsi
http://futbolpress.az/v2/news-details/34150/
Fanat.az