AZAL sabah iki oyun keçirəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Vaqif Sadıqov yetirmələrini "Şahdağ" və "Sumqayıt"la oyunlarda sınayacaq.
I divizion təmsilçisi ilə oyun saat 11.00-da başlayacaq. Premyer Liqa klubu ilə matç isə saat 16.00-da start götürəcək.
Qeyd edək ki, AZAL 3 gün əvvəl də iki oyun keçirmişdi. Səhər "Şuşa"nı yenən (3:0) "təyyarəçilər" günün ikinci yarısında "Qaradağ"a uduzmuşdu (2:3).
Fanat.az