Rusiya Federasiyasının Krımsk şəhərində təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran"ın əvəzedici komandası artıq iki yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, təmsilçimizin ilk rəqibi "Fakel" (Voronej) komandasının əvəzedici komandası olub. Oyun 1:1 hesabı ilə yekunlaşıb, "Xəzər Lənkəran"ın heyətində Bəhruz Teymurov fərqlənib.
İkinci oyun isə Rusiyada 2013-cü il Spartakiadasının qalibi olan Krasnodar diyarının gənclərdən ibarət yığmasına qarşı keçirilib. Bu oyun "Xəzər Lənkəran"ın 1:0 hesablı qələbəsi ilə nəticələnib. Matçın yeganə qoluna Cavid Bağırov imza atıb.
Elbrus Məmmədovun yetirmələri növbəti oyunu sabah Krasnodarın "Kuban"ın əvəzedicilərinə qarşı keçirəcək.
Fanat.az