Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasının baş məşqçisi postunda Fabio Kapellonun yerinə gələcək şəxs müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dünən 67 yaşını qeyd edəcək Parisə PSJ klubu ilə müqavilə imzalamağa gələn italiyalı mütəxəssisi həmyerlisi Roberto Mançininin əvəzləyəcəyi bildirilir.
Ötən mövsüm İngiltərə çempionluğu qazandırdığı “Mançester Siti”nin mayda yollarını ayırdığı Mançini hələ 1 il öncədən rusların maraq dairəsində idi. Belə ki, Kapello baş məşqçi təyin olunana kimi Rusiya Futbol İttifaqının prezidenti olmuş Sergey Fursenko onunla 7,2 milyon avro qarşılığında 1 illik anlaşmışdı. Ancaq Fursenkonun gedişindən sonra müqavilə pozularaq Kapello gətirilmiş, Mançini isə Mançester təmsilçisi ilə anlaşmasını uzatmışdı.
Qeyd edək ki, Paris klubunun Kapellonun müqavilənin pozulmağı müqabilində 3 milyon avro kompensasiya verəcəyi ruslar cari seçmə mərhələdə son oyununu oktyabrın 15-də millimizlə Bakıda keçirəcək.
İdman24.az