"Neftçi"nin futbolçusu Bruno Bertuççi karyerasını Türkiyədə davam etdirə bilər. Fanat.az xəbər verirt ki, braziliyalı futbolçu "Eskişəhərspor"un maraq dairəsinə düşüb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Tarık Çamdal satması gözlənilən Super Liqa klubu sağ cinahda yaranacaq bolşuğu 23 yaşlı braziliyalı vasitəssi ilə doldurmaq istəyir. "Eskişəhərspor" bu transferə görə "Neftçi"yə 250 min avro təklif edib.
Qeyd edək ki, "Eskişəhərspor" 2010-cu ildə Bertuççini "Korintians"dan icarəyə götürmüşdü. Lakin həmin vaxt futbolçu bu klubda uğur qazana bilməyib. 2012-ci ildə "Qrasşopper"dən "Neftçi"yə keçən Bruno 55 oyunda 1 qola imza atıb.
Fanat.az