Bir neçə gündü Türkiyədə səfərdə olan "Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams bu gün "Kasımpaşa" klubunun qonağı olub. Fanat.az xəbər verir ki, klubun bazasını ziyarət edən ingilis bu saatlarda keçiriləcək "Karabükspor"la Super Liqa matçını canlı izləyəcəyini bildirib.
Adams "Kasımpaşa"nın gördüyü işləri yaxından izlədiyini deyib: "Kasımpaşa"nın hədəfləri və layihələri Türkiyə futbolu üçün çox önəmlidi. Yeni inşa etdikləri baza çox gözəl".
Adamısın səfəri barədə məlumat verən "Kasımpaşa"nın rəsmi saytı yanlışlığa yol verib. Belə ki, sayt onu AFFA-nın məsləhətçisi kimi təqdim edib. Halbuki, Adamısın AFFA ilə heç bir bağlılığı yoxdu və "Qəbələ"nin prezidenti Tale Heydərovun müşaviridi.
Fanat.az