Azərbaycanın Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin Avstriyadakı təlim-məşq toplanışı zamanı qarşılaşacağı daha bir rəqib müəyyənləşib. Azerisport.az xəbər verir ki, son Azərbaycan çempionu Rumıniya təmsilçisi “Vaslui” ilə üz-üzə gələcək.
Bu barədə Rumıniya klubunun rəsmi saytı yayıb. Ounun iyulun 10-da keçiriləcəyi qeyd olunub.
Maraq üçün bildirək ki, “Vaslui” ötən mövsüm Rumıniya çempionatını 58 xalla 5-ci pillədə başa vurub. Bu komandalar 2008-2009-cu il mövsümündə UEFA İntertoto Kubokunun III mərhələsində üz-üzə gəliblər. Bakıdakı görüşdə flaqman 2:1 hesabı ilə qalib gəlsə də, cavab görüşündə uduzub – 0:2.
Qeyd edək ki, bundan öncə “Neftçi”nin iyunun 24-də Çexiyanın “Slavia” klubu ilə qarşılaşacağı açıqlanmışdı.
İdman24.az