Gənclər və İdman Nazirliyinin keçmiş mətbuat katibi Səmayə Məmmədovanın yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə özü "Facebook" səhifəsində məlumat yayıb.
Səmayə Məmmədova bildirib ki, bir çox yerdən təklif alsa da, o, seçimini BNA-dan yana edib.
"Dəyərli dostlar, tam səmimi Gənclər və İdman Nazirliyindən ayrıldıqdan sonra bu qədər təklif və dəvət alacağım ağlıma belə gəlməzdi. Mənimlə əməkdaşlıq etmək arzusunda olan bütün qurumlara sonsuz təşəkkürümü bildirirəm. Verdiyiniz dəyər və göstərdiyiniz diqqət üçün çox minnətdaram! Seçimim, Bakı Nəqliyyat Agentliyi (BNA) oldu. Bu qurumda fəaliyyətimi hamımızın sevimlisi Mais Ağayevlə çiyin-çiyinə davam etdirəcəm. Bundan sonrakı fəaliyyətimizdə qurumun PR məsələlərinə mən rəhbərlik edəcəm. Mais Ağayev isə hər zaman olduğu kimi Mətbuat katibi funksiyalarını davam etdirəcək.
Həyatımın bu yeni dönəmində özümə, BNA-ya, ümumiyyətlə, hər kəsə can sağlığı və böyük uğurlar arzu edirəm!!!
Röya