10:55 02.07.2021 774

MEDİA: "İlk dəfə idman saytlarına da layihədə iştirak hüququ tanınıb"

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası və onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qaliblərini təbrik edir”.

Fanat.Az xəbər verir ki, bu barədə MEDİA-dan bildirilib.

Qeyd olunub ki, media subyektlərinin, jurnalistlərin, bu sahədə fəaliyyət göstərən ekspertlərin müsabiqənin keçirilməsi ilə bağlı təklifləri nəzərə alınıbş, müsabiqə yalnız çap mediası deyil, eyni zamanda onlayn media subyektlərini də əhatə edib, ilk dəfə olaraq idman məzmunlu xəbərlər istehsal edən veb-saytlara da layihədə iştirak hüququ tanınıb.

Agentlik müsabiqənin qiymətləndirməsində obyektivlik prinsiplərini və müasir standartları əsas götürüb.

"Əmək şəraiti və redaksiya heyətinin minimum tələblərə cavab verməsi, onlayn media subyektlərinin gün ərzində ən azı 20 (iyirmi) kütləvi informasiya dərc etməsi əsas götürülüb, çap mediası subyektlərinin tiraj və yayıma dair normalar müəyyənləşdirilib.

Qiymətləndirmə zamanı media subyektlərinin oxunaqlılıq dərəcəsini müəyyən edən ümumi səhifə baxışı sıralaması, materialların orijinallığı, informativliyi, analitik xarakteri, mövzuların jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu, mətnlərin üslubi keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunması, saxta və aldadıcı başlıqlı xəbərlərin, plagiat materialların həcmi, dizaynın müasir standartlara uyğunluğu, sosial şəbəkə hesablarının aktivliyi kimi meyarlar nəzərə alınıb.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi məqsədilə bütün media subyektlərinə bərabər şərait yaradıb, layihə jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasını, peşə etikası qaydalarına riayət olunması kimi təməl prinsiplərə əməl edilməsini hədəfləyib", - deyə MEDİA-nın məlumatında bildirilib.

Xəbərə görə, onlayn media subyektləri üçün təşkil edilmiş müsabiqəyə ümumilikdə 96 veb-sayt müraciət edib, mövcud maddi imkanlar nəzərə alınmaqla müsabiqə qaydalarına cavab verən 39 veb-sayt qalib elan olunub: "Son zamanlar media subyektlərinin öz fəaliyyətini qanunvericiliyə uyğun təkmilləşdirməsi, operativlik, şəffaflıq və digər mühüm meyarlara uyğunlaşdırması istiqamətində ciddi səylər göstərməsi təqdirəlayiq hal kimi qiymətləndirilir və gələcəkdə də mediamızda bu meyllərin davamlılığının təşviqi üçün zəruri addımlar atılacaq.

Müsabiqələr gələcəkdə də davam etdiriləcək, növbəti aylar ərzində fəaliyyətini müəyyən edilmiş qaydalara uyğunlaşdıran veb-saytlar yenidən həmin müsabiqələrdə iştirak edə biləcək, qiymətləndirmə meyarlarına cavab verdikdə və daha yüksək göstəricilər nümayiş etdirdikdə isə qalib olmaq imkanı qazanacaqlar.

Medianın İnkişafı Agentliyi sağlam media mühitinin formalaşmasına verdikləri töhfə üçün dəyərli media subyektlərinə minnətdarlığını bildirir".
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

Facebookdan bizi izləməyi unutmayın.
X