"Araz" Peşəkar Futbol Liqasına müraciət edərək klubun I divizionun ikinci dövrəsindəki ev oyunlarının həftənin şənbə gününə təyin olunması haqqında xahiş edib. Fanat.az xəbər verir ki, buna səbəb Naxçıvan şəhərinə olan təyyarə reyslərindəki dəyişikliklərdi.
Yuxarıda qeyd olunanları nəzərə alaraq "Araz"ın klubunun I divizionun ikinci dövrəsindəki ev oyunlarının həftənin şənbə gününə təyin olunması haqqında qərar qəbul edilib.
Fanat.az