Premyer Liqada qış fasiləsi başa çatır. Fanat.az komandaların fasilə müddətində keçirdiyi oyunlara yenidən nəzər salıb.
10 Premyer təmsilçisindən 8-i ölkə xaricinə üz tutub. Yalnız AZAL-la "Sumqayıt" şazırlıqlarını ölkə daxilində keçiriblər. "Bakı" İspaniyaya gedibsə, "Qarabağ", "Qəbələ", "Neftçi", "İnter", "Simurq", "Xəzər Lənkəran" və "Rəvan" hazırlıq üçün Türkiyəni seçib.
Premyer Liqa təmsilçiləri qış fasiləsində 45 yoldaşlıq oyunu keçirib. Bunlardan 32-sində rəqib əcnəbi klublar olub. Ölkə daxilində keçirilən oyunlardan ikisində Premyer Liqa klubları özləri qarşılaşıb: AZAL - "Sumqayıt" (1:2) və "Rəvan" - "Sumqayıt" (0:0).
Xaricə çıxan təmsilçilərimizin 32 oyundakı rəqibləri 14 müxtəlif ölkəni təmsil edib. Bu qarşılaşmalardan 13-də qələbə qazanan klublarımız eyni sayda heç-heçə edib və 6 oyunda yenilib. Rəqib qapılarına 48 qol vuran 8 Premyer Liqa təmsilçisi 30 dəfə məyum olub.
Klublarımız xaricdə hamıdan çox Türkiyə və Almaniya təmsilçiləri ilə qarşılaşıb - 5 oyun. Qazaxıstan klubları ilə isə 4 dəfə qarşılaşmışıq. Braziliyanın "Uniao" və Qazaxıstanın "Tobol" klubları iki təmsilçimizlə görüşüb.
1Rumıniya33004-09
2Qazaxıstan42208-58
3Almaniya 52217-78
4Albaniya 32017-26
5Braziliya 22005-26
6Hollandiya11008-03
7Xorvatiya11002-03
8Ukrayna 30301-13
9Türkiyə 50323-63
10Tanzaniya10102-21
11Rusiya 10100-01
12Çin 10100-01
13İspaniya 10010-10
14Polşa 10011-30
Ən çox yoxlama oyununu AZAL keçirib - 7 matç. "İnter" 6, "Bakı", "Neftçi" və "Qəbələ" 5, "Rəvan", "Simurq", "Sumqayıt" 4, "Qarabağ" 3, "Xəzər Lənkəran" isə 2 oyunda qüvvəsini sınayıb.
Qış fasiləsində keçirdiyi 4 oyunda məğlub olmayan "Rəvan" ən yaxşı nəticəni göstərib. 3 qələbə qazanıb 1 heç-heçə edən Premyer Liqanın autsayderi rəmzi turnir cədvəlinin qalibi olub. İkinci yeri fasiləsinin məğlubiyyətsiz digər komandası (2 qələbə, 2 heç-heçə) "Simurq" tutub. İlk üçlüyü 5 qələbə, 2 məğlubiyyətlə AZAL qapayıb.
Premyer Liqanın hazırkı lideri "Qarabağ" 8-ci, ikinci pillənin sahibi "Qəbələ" isə 7-ci olub. Cəmi 2 oyun keçirən, qələbəyə və qola həsrət qalan "Xəzər Lənkəran" isə sonuncu yerdə qərarlaşıb.
Yoxlama oyunları
Qarabağ: Dinamo (Rumıniya) 1:0, Flamurtari (Albaniya) 1:2, Vuppertaler (Almaniya) 2:2.
Qəbələ: Maltepespor (Türkiyə) 1:1, Tobol (Qazaxıstan) 2:1, Konyaspor (Türkiyə) 2:4, Spartak (Qazaxıstan) 1:1, Volqa (Rusiya) 0:0.
Neftçi: Partizani (Albaniya) 2:0, Fənərbaxça (Türkiyə) 0:0, Tobol (Qazaxıstan) 4:2, Metallurq (Ukrayna) 0:0, Slensk (Polşa) 1:3.
İnter: NWC Astern (Hollandiya) 8:0, Holşteyn (Almaniya) 0:3, Aktobe (Qazaxıstna) 1:1, Karl Zeyts Jena (Almaniya) 2:0, Uniao (Braziliya) 3:1, Arminiya (Almaniya) 2:2.
Bakı: Laçi (Albaniya) 4:0, Linense (İspaniya) 0:1, Dnepr (Ukrayna) 0:0, Styaua (Rumıniya) 2:0, Dinamo (Kiyev, Ukrayna) 1:1.
Simurq: Velbert (Almaniya) 1:0, Yanq Afrikans (Tanzaniya) 2:2, Şanxay Şenhua (Çin) 0:0, Xrvatski Draqovolyats (Xorvatiya) 2:0.
AZAL: Qaradağ 2:3, Şuşa 3:0, Şahdağ 5:1, Sumqayıt 1:2, Araz 2:0, Ağsu 6:0, Neftçala 2:0.
Xəzər Lənkəran: Çaykur Rizəspor (Türkiyə) 0:0, Gənclərbirliyi (Türkiyə) 0:2.
Rəvan: Sumqayıt 0:0, Araz 1:0, Uniao (Braziliya) 2:1, Universtatea (Rumıniya) 1:0.
Sumqayıt: Araz 0:1, Şahdağ 1:2, Rəvan 0:0, AZAL 2:1.
№ | Klub | O | Q | H/H | M | T/F | X | Faiz |
1 | Rəvan | 4 | 3 | 1 | 0 | 4-1 | 10 | 87.5 |
2 | Simurq | 4 | 2 | 2 | 0 | 5-2 | 8 | 75.0 |
3 | AZAL | 7 | 5 | 0 | 2 | 21-6 | 15 | 71.4 |
4 | İnter | 6 | 3 | 2 | 1 | 16-7 | 11 | 66.6 |
5 | Bakı | 5 | 2 | 2 | 1 | 7-2 | 8 | 60.0 |
6 | Neftçi | 5 | 2 | 2 | 1 | 7-5 | 8 | 60.0 |
7 | Qəbələ | 5 | 1 | 3 | 1 | 6-5 | 6 | 50.0 |
8 | Qarabağ | 3 | 1 | 1 | 1 | 4-4 | 4 | 49.9 |
9 | Sumqayıt | 4 | 1 | 1 | 2 | 3-4 | 4 | 37.5 |
10 | Xəzər L | 2 | 0 | 1 | 1 | 0-2 | 1 | 25.0 |
Fanat.az