13:38 19.06.2013 926

"Ən vacib hədəf Qarabağ adının layiq olduğu kimi yaşadılmasıdır"

İdman24.az Azerisport.az-a istinadən “Qarabağ”ın direktoru Əmrah Çəlikəlin müsahibəsini təqdim edir:

- Ötən mövsüm barədə fikirləriniz? “Qarabağ” futbolçuları və texniki heyəti rəhbərliyi razı sala bildimi?

- Maraqlı çempionat keçdi. Əlbəttə, biz bu il bütün komanda olaraq çempionluğu çox istəyirdik, ancaq olmadı. Buna baxmayaraq, bu, bizi ruhdan salmamalıdı. İndi əsas hədəfimiz Avropada uğurla çıxış etməkdi. Onsuz da futbolçularımızdan ötən il texniki heyəti razı salmayan performansı göstərənlər və özünü ayrı komandada görmək istəyənlər artıq heyətdə deyil. Ümumulikdə isə “Qarabağ” rəhbərliyi yekun nəticədən razıdı.

 - Sizcə, çempion olmaq üçün komandada nə çatmadı?

- Çatışmayan nə isə yoxdu. Texniki heyət və futbolcular rəhbərliklə bir yerdə hədəf üçün əlindən gələni etdilər. İnşallah ölkə çempionatında birinci olmayan “Qarabağ” adının Avropada uğurlarla yadda qalması və “Qarabağ Azərbaycandı” həqiqətlərinin duyurulması bizi daha çox sevindirəcək.

- Əvvəlki mövsümlərlə müqayisədə ötən il rəhbərlik komandanın qarşısına çempionluğu hədəf qoymuşdu. Bu il hədəflər hansılardı?

-Yenə bizim hədəfimiz birincilikdir. Bunun üçün də indidən komandanı hər cür hazırlayırıq. Bununla belə, gələcəyi nəzərə alaraq, aşağı yaş qruplarına da böyük yatırımlar edirik. Çünki öz futbolçumuzu özümüz yetişdirmək istəyirik. İnşallah bu planlarımız gələcəkdə öz bəhrəsini verəcək.

- Ötən il futbol ictimaiyyəti transferlərimiz tam olmadığı üçün çempion ola bilmədiyimiz deyirdi. İstər gedən oyunçular, istərsə də ardı-ardına edilən transferlər “Qarabağ”ın bu il dəyişikliyi vacib bildiyini göstərdi. Bu fikirlər mövsüm boyu var idimi? Yoxa mövsüm bitdikdən sonra yarandı?

- Biz baş məşqçimizlə mütəmadi olaraq futbolçularla bağlı müzakirələr aparırıq. Ancaq birinci növbədə nəticəyə cavabdeh baş məşqçimizdir. Bütün dəyişikliklər və bu yöndəki planlar baş məşqçinin qərarı əsasında baş tutur. Hansı futbolçunun göndərilməsi və alınması ilə bağlı məşqçinin işinə qarışmırıq. O da yəqin mövsum boyu gəldiyi nəticələrə görə qərar verib. 

- Son vaxtlar bir daha “Qarabağ” Ağdama getsin” səsləri eşidilir. Bu barədə dəfələrlə fikirlərinizi eşitmişik. Özünüzün də “Qarabağ”ın Ağdama getdiyi vaxtlarda böyük əmək sərf etdiyinizi, hələ də otağınızda “İmarət” torpağı saxladığınızı görmüşük. Bəs sizcə, “rəhbərlik Ağdamı istəmir” fikrinin əsası nədi?

- Bizim Ağdama getməmək kimi bir fikrimiz yoxdu. Həmişə demişik ki, yerli camaat və rayon rəhbərliyi ilə səmimi münasibətlərimiz var. Komandanın adının mənəvi çəkisi ən çox bizə məlumdu. Buna görə də, heç kimin yaxın durmaq istəmədiyi vaxtlarda “Azersun Holding” rəhbərliyi Qarabağ komandasına sponsor oldu və hətta adı “Qarabağ Azersun” olan klubun adını “Qarabağ” olaraq dəyişdirdi. Bizim üçün ən vacib hədəf Qarabağ adının layiq olduğu kimi yaşadılması və təmsil olunmasıdı. Eləcə də bütün dünyaya duyurulmasıdı. Bu məsələ həmişə çox müzakirə olunub və klub rəhbərliyinin Ağdama getmək istəmədiyi fikrinin olduğu deyilib. Ancaq bəzi insanlar bizim içimizdə olmadığından və imkanları görmədiyindən bizi qınayır. Biz isə ən azı onlar qədər doğma torpaqda - Ağdamda oynamaq istəyirik. Sadəcə olaraq, mövcud imkan və şərait buna imkan vermir. İnşallah, biz ev oyunlarımızı İmarətdə keçirərik. Bu gün “Qarabağ” təkcə Ağdamın yox, bütün Qarabağ bölgəsinin dərdini, acısını öz adında birləşdirir. Biz çox istəyirik ki, o yerlərə qayıdaq və komandanı doğma şəhərində təmsil edək.

- Son statistikalara görə, “Qarabağ” azarkeşləri ev oyunlarında say baxımından axırıncı yerləri tutur. Qarşıdan Avroliqa oyunlarımız gəlir. Klub rəhbərliyi adından azarkeşlərə nə deyə bilərsiniz?

- Mənə görə azarkeşlərimiz ev oyunlarında az olmağı əsas azarkeş kütləmizin məcburi köçkün olması ilə bağlıdı. Belə ki, onlar həm ölkənin müxtəlif şəhərlərində məskunlaşıb, həm də onların maddi durumları və həyat tərzi onlara oyunlara gəlməyə imkan vermir. Biz öz növbəmizdə çempionat oyunlarında azarkeşlərin rayonlardan gəlməsini təşkil edirik, ancaq bununla da tribunalar dolmur. Burada əsas yük Qarabağlı gənclərin üzərinə düşür ki, onlar təbliğatla həmyaşıdları ilə birləşsinlər. Bizim fan klubumuz bu sahədə işlər görməyə davam edir. Avroliqada bütün azarkeşlərimizi stadiona çağırıram. Bizim əməyimiz onların dəstəyi ilə birləşdikdə uğur qaçılmaz olacaq. (İmarət)

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

Facebookdan bizi izləməyi unutmayın.
X