Azərbaycan - Amerika Mədəniyyət Alyansı Hyustonda “Flames” (“Alov”) adlı Azərbaycan uşaq komandasını yaradıb.
Komandanın məşqçisi Kənan Əliyev bildirib ki, Hyustonda yaşayan azərbaycanlı uşaqlardan başqa, komandada amerikalılar, başqa türk xalqlarının nümayəndələri də olacaqlar.
Məqsəd Hyustonda yaşayan azərbaycanlı uşaqlar arasında futbolu inkişaf etdirmək, şəhər turnirlərində iştirak etmək, habelə Azərbaycan haqqında Amerika ictimaiyyətini məlumatlandırmaqdır. //rekord.az