Dünya futbolunun məşhur mütəxəssislərindən olan Luis Araqones vəfat edib. Fanat.az xəbər verir ki, 75 yaşlı ispan məşqçi Madriddəki Kemtro klinikasında bu sabah dünyasını dəyişib. Araqonesin ölümü ilə bağlı həkimi Pedro Quillen açıqlama verib.
Futbolçu karyerası ərzində "Xetafe", "Real", "Rekreativo", "Herkules", "Ubeda", "AD Plus Ultra", "Oviedo", "Betis" və "Atletiko"da çıxış edən Araqones ən uğurlu dönəmini sonuncu klubu ilə yaşayıb. Madrid təmsilçisinin heyətində 3 dəfə İspaniya çempionluğunu qazanan (1966, 1970, 1973) Luis 2 dəfə dəfə "Kral Kuboku"nun qalibi olub.
Araqones 35 illik məşqçi karyerası ərzində "Atletiko", "Barselona", "Espanyol", "Sevilya", "Valensiya", "Betis", "Oviedo", "Malyorka", "Fənərbaxça" klublarına və İspaniya millisinə başçılıq edib. 4 dəfə "Atletiko"nu çılışdıran (1974-1980, 1982-1987, 1991-1993, 2001-2003) başçılıq edən mütəxəssis komandaya La Liqanı (1977), "Kral Kuboku"nu (1976, 1985, 1992), Toyoto Kubokunu (1974), İspaniya Superkubokunu (1985), İberian Kubokunu (1991) qazandırıb. 1988-ci ildə "Barselona"nı "Kral Kuboku"nun qalibi edən Araqones 2004-2008-ci illərdə İspaniya millisinə başçılıq edərək karyerasının zirvəsinə qalxıb. Belə ki, o, 2008-ci ildə 34 ildən sonra Avropa çempionu edib. 2008-də İspaniya yığmasından ayrılaraq "Fənərbaxça"ya keçən mütəxəssisin Türkiyə karyerası uğursuz alınıb və istefa verməli olub. Bundan sonra isə o, heç bir komandaya başçılıq etməyib.
Fanat.az