18:56 02.02.2014 780

İddialılar qazandı, zirvə "Qəbələ"yə qaldı (PROTOKOL)

Topaz Premyer Liqasında XIX turuna yekun vurulub. Fanat.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

Əvvəlcə meydana "Bakı" və "Rəvan" çıxıb. Paytaxtın eyni adlı təmsilçisi ev oyununda darmadağına sevinib - 5:1. Hesabı 11-ci dəqiqədə penaltidən Cavid Hüseynov açıb. 9 dəqiqə sonnra Risto Ristoviç fərqi artırıb. 49-cu dəqiqədə Juninyo, 67-də Rauf Əliyev, 80-də isə Aleksandar Soliç fərqlənib. "Rəvan"ın yeganə qoluna isə 90-cı dəqiqədə yeni transfer Tyaqo Mirasema imza atıb.

Günün ikinci oyununda "Neftçi" "Simurq"u qəbul edib. Bu oyunda da böyük hesab qeydə alınıb. Belə ki, "Neftçi" rəqibini 3:0 hesabı ilə məğlub edib. İlk yarısı qolsuz bərabərliklə başa çatan matçda hesabı 59-cu dəqiqədə Ernest Nfor açıb. 10 dəqiqə sonra Cavid İmamverdiyev fərqlənib. Sona 5 dəqiqə qalmış isə Nfor özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

"Qəbələ" eyni hesabla "Sumqayıt"ı yenib. 3-cü dəqiqədə Viktor Mendi, 55-ci dəqiqədə Lorenzo Ebesilio "Sumqayıt"ı meydanın mərkəzinə dəvət edib. Son nöqtəni isə 57-ci dəqiqədə Leonardo da Silva qoyub. Bununla da xal hesabını 38-ə çatdıran "Qəbələ" birinci pilləyə yüksəlib. 37-i xalı olan "Neftçi" ikinci yerə qalxıb. Dünən "Xəzər Lənkəran"a uduzan "Qarabağ" isə üçüncü pilləyə düşüb.

Günə və tura "Şəfa" stadionunda yekun vurulub. "İnter" AZAL-la oyunda erkən qola sevinib. Belə ki, 8-ci dəqiqədə Abdulla Abatsiyev hesabı açıb. 49-cu dəqiqədə AZAL-ın yeni transferi Nedo Turkoviç bərabərliyi təmin edib. 78-ci dəqiqədə isə Ruslan Əmircanov "İnter"ə qələbə gətirən qola imza atıb. Bu müdafiəçinin cari mövsümdə ikinci qolu olub. Ruslan ilk qolunu 3-cü turda məhz AZAL-ın qapısına vurmuşdu. Həmin oyunda AZAL 2:1 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, turun bir oyunu dünən keçirilib və "Xəzər Lənkəran" "Qarabağ"ı udub - 1:0.

Premyer Liqa
2013/2014 mövsümü
III dövrə, XIX tur

2 fevral
Bakı - Rəvan 5:1
Qollar: Cavid Hüseynov, 11-pen. Risto Ristoviç, 20. Juninyo, 49. Rauf Əliyev, 67. Aleksandar Soliç, 80 -  Tyaqo Mirasema, 90.
Bakı: 1. Aqil Məmmədov, 3. Yure Travner, 5. Ruben Qonzalez, 8. Cavid Hüseynov (21. Elvin Məmmədov, 73), 11. Rauf Əliyev (k) (22. Namiq Ələsgərov, 81), 12. Etto, 16. Juninyo, 17. Risto Ristoviç (10. Aleksandar Soliç, 70), 23. Mario Lukas Horvat, 24. Georgios Pelagios, 31. Vüqar Mustafayev.
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 4. Mario Alvarez, 7. Əfran İsmayılov, 30. Vüqar Bəybalayev.
Baş məşqçi: Milinko Pantiç.
Rəvan: 1. Lukaş Sapela, 4. Mitya Moreç, 5. Aqil Nəbiyev (8. Boyan Markoviç, 28), 6. Ceyhun Cavadov, 8. Julio Sezar, 10. Tyaqo Mirasema, 11. Kamil Nurəhmədov (25. Ayaz Mehdiyev, 46), 14. Xuan Manuel Varea (18. Oke Akpoveta, 77), 17. Ramazan Abbasov (k), 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 16. Orxan Lalayev, 19. Hüseyn Axundov, 230. Cəmşid Məhərrəmov.
Baş məşqçi: Güvənc Kurtar.
Sarı vərəqələr: Ruben Qonzalez, 33 (qeyri-idman hərəkəti). Vüqar Mustafayev, 74 (qeyri-idman hərəkəti) - Ceyhun Cavadov, 34 (qeyri-idman hərəkəti). Julio Sezar, 73 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Elman Musayev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Alik Yunusov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
"Bakı"nın təlim-məşq bazasının stadionu, əsas meydança. 200 tamaşaçı.

Neftçi - Simurq 3:0
Qollar: Ernest Nfor, 59; 85. Cavid İmamverdiyev, 70.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 14. Bahodir Nasimov (90. Ernest Nfor, 46)
, 15. Erik Ramos, 16. Bruno Bertuççi (
3. Denis Silva, 75)
, 21. Samir Məsimov (
10. Cavid İmamverdiyev, 46)
, 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 11. Melvin Platye, 19. Mirhüseyn Seyidov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Simurq: 1. Pavel Kapsa, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 8. Patrik Osiako (30. Raul Kostin, 82)
, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak (
22. Salif Ballo, 71)
, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 77. Nicat Qurbanov (
21. Murad Səttarlı, 71)
.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 16. Məhərrəm Hüseynov.
Baş məşqçi: Georgi Çixradze.
Sarı vərəqələr: Flavinyo, 45 (hakimin qərarına etiraz). Emin Mehdiyev, 61 (qeyri-idman hərəkəti) - Nicat Qurbanov, 52 (hakimin qərarına etiraz). Tural Axundov, 56 (qeyri-idman hərəkəti). Draqan Çeran, 67 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 200 tamaşaçı.

Sumqayıt - Qəbələ 0:3
Qollar: Viktor Mendi, 3. Lorenzo Ebesilio, 55. Leonardo da Silva, 57.
Sumqayıt: 94. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov (5. Kamil Hüseynov, 90+1), 7. Pərdis Fərcad-Azad, 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k) (92. Bəxtiyar Həsənalızadə, 79), 21. Məhəmməd Mirzəbəyov, 77. Ramil Mansurov (11. Ruslan Nəsirli, 64), 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədliyev, 2. Şəhriyar Xəlilov, 8. Aqşin Muxtaroğlu, 20. Elşad Manafov.
Baş məşqçi: Aqil Məmmədov.
Qəbələ: 27. David Pietrzkeviç, 8. Nizami Hacıyev, 9. Viktor Mendi (19. Abdulvahid Afolabi, 76), 10. Dodo (k), 11. Yannik Kamanan (42. Leonardo da Silva, 46), 14. Lorenzo Ebesilio (34. Ürfan Abbasov, 83), 16. Ruslan Tağızadə, 17. Nuran Qurbanov, 18. İbrahima Niasse, 36. Elnur Allahverdiyev, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 3. Nikola Valentiç, 6. Vladimir Levin, 22. Lourival Assis.
Baş məşqçi: Yuri Syomin.
Sarı vərəqələr: Pərdis Fərcad-Azad, 11 (qeyri-idman hərəkəti). Vurğun Hüseynov, 34 (qeyri-idman hərəkəti). Aleksandr Çertoqanov, 60 (qeyri-idman hərəkəti) - Nuran Qurbanov, 49 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
"Bayıl Arena". 100 tamaşaçı.

İnter - AZAL 2:1
Qollar: Abdulla Abatsiyev, 8. Ruslan Əmircanov, 78 Nedo Turkoviç, 49.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili (19. Sezar Meza Kolli, 66), 15. Yohan Bokonyano, 20. Brüs Abdulaye, 28. Baçana Tsxadadze (11. Asif Məmmədov, 82), 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k) (8. Mikel Alvaro, 90+2), 88. Derlis Meza Kolli.66
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavko Georgievski, 14. İlqar Ələkbərov, 21. Arif Daşdəmirov.
Baş məşqçi: Kaxaber Tsxadadze.
AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Aleksandr Şemonayev, 4. Aylton, 7. Cavid Tağıyev (5. Murad Ağayev, 74), 10. Con Oluremi (22. Axtam Xamraqulov, 85), 15. Oskar Klava, 17. Viktor İbekoyi, 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 32. Laşa Kasiradze, 89. Nedo Turkoviç.
Ehtiyat oyunçular: 16. Elçin Sadıqov, 8. Qərib İbrahimov, 26. Kərim Diniyev, 27. Rəşad Abdullayev, 28. Emin Cəfərquliyev.
Baş məşqçi: Vaqif Sadıqov.
Sarı vərəqələr: Baçana Tsxadadze, 46 (bələrəkdən əl ilə oyun). Yhohan Bokonyano, 56 (qeyri-idman hərəkəti) - Cavid Tağıyev, 10 (qeyri-idman hərəkəti). Oskar Klava, 53 (qeyri-idman hərəkəti). Con OLuremi, 80 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
"Şəfa" stadionu. 200 tamaşaçı.

1

Qəbələ

19

12

2

5

30-16

38

2

Neftçi

19

11

4

4

30-19

37

3

Qarabağ

19

10

6

3

31-12

36

4

İnter

19

9

3

7

29-22

30

5

Bakı

19

9

3

7

34-22

30

6

Xəzər L

19

6

7

6

17-24

25

7

Simurq

19

6

7

6

19-17

25

8

AZAL

19

6

6

7

18-25

24

9

Rəvan

19

1

6

12

10-37

9

10

Sumqayıt

19

1

4

14

11-35

7


Bombardirlər: Vaqif Cavadov (İnter) - 9. Reynaldo (Qarabağ), Mindauqas Kalonas (Bakı), Daniel Subotiç (Qəbələ), Leonardo da Silva (Qəbələ) - 7. Əfran İsmayılov (Bakı), Mbilla Etame (Xəzər Lənkəran) - 6.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

Facebookdan bizi izləməyi unutmayın.
X