“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqibləri barədə danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Təbii ki, ilk rəqibimizin o qədər də güclü komanda olmasını istəməzdim. Necə də olmasa, komandanı mövsüm başlayan kimi ideal formaya gətirmək mümkünsüzdür. Adətən komanda ikinci-üçüncü oyunundan sonra sürət yığır. Ona görə də ilk rəqibimizin zəif komanda olması daha yaxşı olardı. Ən azından ortabab komanda ilə qarşılaşmaq istərdik. İstənilən halda biz ÇL-də layiqli çıxış etmək istəyirik. Ötən mövsüm qazandığımız uğurun ardından indi bizə böyük ümidlər bəslənilir. İnanıram ki, “Neftçi” onların ümidlərini doğruldacaq. Kiminlə oynamağımız vacib deyil, əsas necə oynamağımızdır”.
İdman24.az