“Neftçi”nin futbolçusu Julius Vobay Syerra-Leone milli komandasına çağırılıb. Afrikalı yarımmüdafiəçi yığmasının qarşıdakı oyunlarına dəvət alıb.
Orta sahə oyunçusu DÇ-2014-ün seçmə mərhələsinin növbəti 2 matçında millisinə kömək etməlidir. Syerra-Leone millisi iyunun 8 və 15-də müvafiq olaraq Tunis və Kabo Verde ilə qarşılaşacaq.
Qeyd edək ki, Vobay bu mövsüm “Neftçi” ilə Azərbaycan çempionu titulunu qazanıb.
idman24.az