Azərbaycan gimnastı Tofiq Əliyev Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarının finalına yüksəlib.
Fanat.Az xəbər verir ki, 17-21 yaş kateqoriyasında mübarizə aparan tamblinqçimiz təsnifat mərhələsində iki çıxışına görə, hakimlərdən 69,800 bal alıb və təsnifat mərhələsini birinci pillədə başa vurub.
İdmançımızın finaldakı rəqibləri ABŞ təmsilçiləri Dominik Dumas, Aleks Balinbin, Böyük Britaniya tamblinqçiləri Markus Adams, İssak Bennison, Aleksandr Flann, danimarkalı Mads Hansen və rusiyalı İqor Şikunov olacaq.