Bu həftə karyerasında yeddinci “Qızıl top”u qazanan Lionel Messi iş həyatı ilə bağlı pis xəbərlə üzləşib.
Fanat.Az xəbər verir ki, argentinalı ulduz "Barselona"da oynayarkən aldığı 77 otaqlı oteldən məhrum olacaq.
“El Confidencial”ın xəbərinə görə, Lionel Messinin 2017-ci ildə 30 milyon avroya aldığı otelin sökülməsinə dair qərar verilib. Barselonanın cənubundakı dördulduzlu otelin şəhər standartlarını pozduğu üçün sökülməsi gündəmdədir.
İddiaya görə, Lionel Messi hələ oteli almamışdan əvvəl artıq otellə bağlı söküntü sərəncamı olub. Otelin əvvəlki sahibi alqı-satqı zamanı söküntü sifarişindən xəbəri olub, lakin buna baxmayaraq, satmağa davam edib.
Söküntü gerçəkləşəcəyi təqdirdə, Messinin Barselonaya qoyduğu 30 milyon avroluq sərmayə məhv olacaq. Bu rəqəm ulduz futbolçunun bir illik maaşına bərabərdir.
Mirağa