Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı keçirilib.
Fanat.Az xəbər verir ki, yarışda ölkəmizi Ağamurad Qəhrəmanov, Tofiq Əliyev, Adil Hacızadə, Rəsul Əhmədzadə, Elnur Məmmədov, Ramin Dəmirov, Anar Həsənov və Mənsum Səfərovdan ibarət heyət təmsil edib.
Finala yüksələn yığma həlledici mərhələdə 46.675 balla 5-ci olub.
Qeyd edək ki, TeamGym Avropa Gimnastikasına aid komanda yarışı növüdür. Azərbaycan Gimnastika Federasiyası 2018-ci ilin əvvəlində növü öz fəaliyyətinə daxil edib. 2018-ci ilin oktyabrında yığma komandamız ilk dəfə “TeamGym” üzrə Avropa çempionatına qatılıb (Odivelaş, Portuqaliya). Həmin vaxt təmsilçilərimiz gənclər yaş kateqoriyasında mübarizə aparıblar