15:35 09.12.2021 444

Şəfəq Hüseynliyə yeni vəzifə verildi

Azərbaycanın Milli Antidopinq Agentliyinin (AMADA) direktoru, Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi Şəfəq Hüseynli Avropa Şurasında yaradılan Gender Bərabərliyi üzrə Xüsusi Komitəsinə sədrlik edəcək.

Fanat.Az xəbər verir ki, Xüsusi Komitə Şəfəq Hüseynlinin müəllifi olduğu “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsini daha əhatəli formada həyata keçirmək və onun icrasını dəstəkləmək məqsədi ilə yaradılıb. Gender bərabərliyi Avropa Şurasının baş katibi Mariya Pejcinoviç Buriçin gündəliyində və strateji planında yer aldığından, Ş.Hüseynlinin bu layihəsinə böyük dəyər verilib və Xüsusi Komitənin yaradılması qərarlaşdırılıb.

Komitənin yaradılması ilə bağlı Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) 16-17 noyabr tarixində keçirilən 55-ci iclasında razılıq əldə edilmişdi. Belə ki, layihənin həm CAHAMA həm də Avropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupu çərçivəsində həyata keçirilməsi və bunun üçün Xüsusi Komitənin yaradılması məqsədəuyğun hesab edilmişdi. Beləliklə, Antidopinq sahəsində Gender Bərabərliyi üzrə Xüsusi Komitəsinin əsasnaməsi hazırlanaraq bütün üzv dövlətlərə təqdim edilmiş və Şəfəq Hüseynlinin sədrliyində Komitənin yaradılması yekdilliklə dəstəklənib.

Komitənin tərkibi sədr Şəfəq Hüseynli, CAHAMA və Avropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupunun təyin etdiyi 6 ölkənin nümayəndələrindən, Avropa İnsan Hüquqları Məhkəməsinin, Parlament Assambleyasının və onun Bərabərlik və Qeyri-Diskriminasiya Komitəsinin, İnsan Hüquqları və Gender Bərabərliyi Departamentinin, İdman haqqında genişləndirilmiş hüdudlu sazişin (EPAS) və İdman Konvensiyaları Bölməsinin nümayəndələrindən, habelə dəvət edilən müşahidəçi və ekspertlərdən ibarət olacaq.

Komitə “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin icrası çərçivəsində antidopinq təşkilatlarında və antidopinq üzrə dövlətlərarası qurumlarda gender balansı haqqında məlumatın toplanmasını həyata keçirəcək, təsis sənədlərinin və daxili qaydaları təhlil edəcək, aşkarlanan uyğunsuzluqların aradan qaldırılması, habelə gender bərabərliyinin gücləndirilməsi üçün tövsiyələr hazırlayacaq. Komitə layihənin effektiv şəkildə həyata keçirilməsi üçün Avropa Şurasının aidiyyəti digər komitələri, qrupları və üzv dövlətləri ilə əməkdaşlıq edəcək.

Komitənin fəliyyətinin və “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin icrasının yekunlarına dair hesabat və tövsiyələr hazırlanacaq və Avropa Şurası Nazirlər Komitəsinə təqdim ediləcək.

Qeyd edək ki Şəfəq Hüseynlinin müəllifi olduğu bu layihə Avropa Şurası Nazirlər Komitəsinin noyabrın 24-də keçirilən iclasında da dəstəklənmiş və CAHAMA-nın 2022-2025-ci illər üzrə əsasnaməsinə daxil edilmişdi.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X