Azərbaycan badmintonçusu Edi Reski Dviçayo İspaniyanın Huelva şəhərində təşkil olunan dünya çempionatında ilk görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, indoneziyalı legioner 1/32 finalda türkiyəli Emre Laleni 2:0 (21:15, 21:16) hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
O, 1/16 finalda Hovard Şu (ABŞ) / Li Çeuk Yu (Honkonq) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan ilk dəfədir badminton üzrə dünya çempionatında təmsil olunur.