Avstraliya Liqa 1-də çıxış edən ingilis futbolçu Daniel Starricin başına maraqlı hadisə gəlib.
Fanat.Az İngiltərənin mətbuat agentliyi olan PA-ya istinadən xəbər verir ki, 2019-cu ilin yayında Los-Ancelesdə tətildə olarkən onun Lucci adlı iti itib.
“Mançester Siti”, “Çelsi” və “Liverpul”un keçmiş oyunçusu öz ev heyvanını tapmaqda qərarlı olduğu üçün sosial şəbəkələrdə elan yerləşdirərək onu tapan şəxsə 30 min dollar mükafat vəd edib.
Nəhayət, balaca it Foster adlı şəxs tərəfindən tapılıb. Ancaq Starric vədini yerinə yetirməyib, üstəlik, onu itin qaçırılmasında əli olmaqda günahlandırıb.
Belədə, iti tapan şəxs İngiltərə millisinin keçmiş üzvünü Los-Anceles məhkəməsinə şikayət edib və bugünlərdə iddianı qazanıb.
"Bu əzablı hekayənin bitdiyinə inana bilmirəm. İti tapanda həyatımın yaxşılaşacağını düşünürdüm. Amma...Ümid edirəm ki, o, məhkəmənin qərarından sonra pulu ödəyəcək və apellyasiya şikayəti verməyəcək", - deyə Foster mətbuata bildirib.