Çin İdman Nazirliyi milli komandanın futbolçularına döymə qoymağı qadağan edib və döymələri olanlardan onları “silməyi” xahiş edib.
Fanat.Az xəbər verir ki, bu haqda nazirliyin saytında bəyanat yayımlanıb.
Bəyanatda milli komandanın futbolçularına yeni döymələrin rəsmi şəkildə qadağan edildiyi bildirilir. Üstəlik, futbolçular əvvəlki tatuajları silməyə dəvət olunub. Yalnız xüsusi hallarda (?) tatuajlar məşq və yarışlar zamanı örtülməlidir.
Qeyd edək ki, əsasən mühafizəkar ölkə kimi tanınan Çində döymələr ümumiyyətlə bəyənilmir. Hətta keçən il Çin ictimai televiziyasında çəkilən sənədli filmdə futbol əfsanəsi Devid Bekhemin döymələri qəsdən bulanıq şəkildə göstərilmişdi. Ötən il həmçinin, qadınların universitet yarışı oyunçuların saçlarını boyamasına qadağa qoyulması səbəbindən ləğv edildi.