Türkiyənin "Fənərbağça" klubunun prezidenti Ali Koç koronavirusa yoluxub.
Fanat.Az İstanbul təmsilçisinin rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, 55 yaşlı funksionerin korona testi müsbət nəticələnib.
Klubun yayımladığı açıqlamada karantinə alınan Ali Koçun vəziyyətinin yaxşı olduğu bildirilib.