14:55 02.02.2022 430

"Tarix yazmaq istəyirəm" - MÜSAHİBƏ

Almaniyanın Karlsrue şəhərində keçirilmiş "World Indoor Tour" (Gold Level) turnirində üçtəkanla tullanma növündə gümüş medal qazanmış Azərbaycan atleti Nazim Babayevin Fanat.Az-a müsahibəsi

- Nazim, ilin ilk turnirində medal qazandınız. Ümumilikdə yarış və çıxışınız barədə təəssüratlarınızı bölüşərsiniz.
- Tokio Olimpiadasından sonrakı müddətdə heç bir yarışa qatılmamışdım. Ötən arada məqsəd ancaq növbəti ilə yaxşı hazırlaşmaq idi. Almaniyaya yola düşərkən medalçılar sırasına düşəcəyimə inanırdım. Əlbəttə, əsas məqsəd qızıl medal idi. Lakin gümüş də indiki halda yaxşı nəticədir.

- 16,76 metr nəticəni qənaətbəxş sayırsınız? 
- Bu, mənim ilə ən yaxşı startımdır. Avropa çempionu olduğum ilin başlanğıcında belə, indikindən aşağı nəticə göstərmişdim. 

- Tokio Olimpiadasındakı uğursuzluqdan sonra qatıldığınız ilk yarışda qazandığınız bu medal nəyi dəyişəcək?
- Təəssüf ki, zədələr ucbatından Tokioya hazırlığımı istənilən səviyyədə qura bilməmişdim. Amma hər şeyi birmənalı bunun üzərinə yıxmaq və oradakı çıxışımı konkret fiasko da adlandırmaq istəmirəm. Hər halda Olimpiadada əlimdən gələni etdim.

- Qarşıda hansı yarışlarda iştirak etməyi planlaşdırırsınız?
- "World Indoor Tour" seriyasından daha bir neçə turnir olacaq. Fevralın 14-də Fransanın paytaxtı Parisdə keçiriləcək gümüş Qran-Pridə iştirak edəcəyəm. Üç gün sonra isə bu ölkənin Lyeven şəhərində Dünya Turunun növbəti seriyasına qatılacağam. Ardınca martın 2-də İspaniyanın paytaxtı Madriddə Qış Dünya Turunun sonuncu mərhələsi olacaq. 

- 18-20 martda isə Serbiyanın paytaxtı Belqradda qapalı məkanda dünya çempionatı təşkil olunacaq. Həmin mundialla bağlı hədəfiniz nədir?
- Sadaladığım yarışlar həmin dünya çempionatına hazırlığın tərkib hissəsidir. Nəhayət, dünya çempionatında da medal qazanmaq, tarix yazmaq istəyirəm. İndiki halda bu, xəyal deyil, kifayət qədər real imkandır. Ardınca da digər mötəbər yarışlar var. Dünya çempionatı, İslam Oyunları, Universiada. Sadəcə, bildiyiniz kimi, hazırda ölkədə idmanın ümumi durumu ürəkaçan deyil. Hələ təlim-məşq toplanışına qatıla bilməmişik. Yəqin ki, bu yarışlar qabağı mümkün olacaq.

- Almaniyadakı mükafatlandırma mərasimində etdiyiniz anlamlı jest xüsusən diqqət çəkdi. Vətən müharibəsi şəhidlərinin sayını, həmçinin Milli Qəhrəmanlar Mübariz İbrahimovla Polad Həşimovun adlarının yazıldığı kağızı əlinizdə tutaraq medalı onlara həsr etdiyinizi bildirdiniz...
- Bunu çoxdan fikrimdə tutmuşdum. Şəhidlərimizə, qazilərimizə olan borcumuzu ödəyə bilmərik. Sadəcə, kiçik də olsa nəsə etmək istədim. Hisslərimi bu cür nümayiş etdirməyi qərara aldım. Daha yaxşı olardı ki, o yazını qızıl medalın sahibi kimi nümayiş etdirim.

Doğrusu, bunu edərkən cəza ehtimalını ağlımdan keçirməmişdim, cəzalanmaqdan qorxmurdum. Lakin sonradan da dəqiqləşdirdim ki, bu jestdə qadağan olunmuş nəsə yoxdur.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

Facebookdan bizi izləməyi unutmayın.
X