Futbolçular sürətli avtomobillərə maraqları ilə məşhurdurlar.
Bu baxımdan, Kriştianu Ronaldu da istisna deyil. 37 yaşlı portuqaliyalı Madriddəki villasının qarajında kolleksiya saxlayır. Avtomobillər Ronaldunun rəfiqəsi Corcina Rodriqez tərəfindən "Netflix" serialında yayımlanan "I am Georgina" vasitəsilə təqdim edilib.
Qısa kadrlar superkarların ümumi dəyərinin 20 milyon avroya çatdığını ortaya çıxarıb.
Avtomobillərdən 1500 at gücünə malik "Bugatti Chiron" seçilir ki, onun bazar qiyməti 2 milyon avrodan artıqdır. Əslində isə Ronaldu "Bugatti" seriyasının ən bahalı modeli olan "Centodieci"ni 8 milyon avroya sifariş edib. Qarajda həmçinin, "Veyron" (1,5 milyon avrodan çox), 800 at gücünə malik "McLaren Senna" (qiymət 1 milyon avroya yaxınlaşır), 670 at gücünə malik "Ferrari 599 GTO", həmçinin, iki "Rolls-Royce" modeli (Cullinan və Phantom Drophead kupesi), "Mercedes-Benz S65 AMG", "McLaren MP4-12C", "Lamborghini Aventador" və "Mercedes-Benz G-Class" kimi avtomobilləri görmək mümkündür.
Qarajın başqa yerində "Mercedes-AMG GLE 63" də daxil olmaqla digər bahalı, həmçinin, nisbətən sadə avtomobillər var. Ronaldu İngiltərəyə qayıtdıqdan sonra "Bentley Flying Spur" alıb.
Mirağa