Bu gün Çinin paytaxtı Pekində XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
Fanat.Az xəbər verir ki, Pekin Milli Stadionunda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Oyunlarda 91 ölkədən 3000-dək idmançı qüvvəsini sınayacaq. Yarışda 15 idman növü üzrə 109 dəst medal sahibini tapacaq.
Koronavirus pandemiyası ilə əlaqədar yarışları yalnız yerli vətəndaşlar izləyə biləcək.
Pekin Olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova çıxışını nümayiş etdirəcək.
Qeyd edək ki, Pekin-2022-yə fevralın 20-də yekun vurulacaq.