İngiltərə millisinin əfsanəsi Ueyn Runi qalmaqallarla gündəmə gəlməyə davam edir.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, hazırda "Derbi Kaunti"nin baş məşqçisi olan sabiq hücumçu həyat yoldaşı Kolen Runi tərəfindən təcrid olunub.
Xanımı Ueynə etibar etmədiyi üçün ona hansısa məclisə tək çıxmağı qadağan edib. O, xüsusilə alkoqol olan yerlərə getmək istəsə, Kolen hər zaman onun yanında olmalıdır...
Adı dəfələrlə içki və qadınlarla bağlı hallanan Ueyn sonuncu dəfə 2021-ci ilin iyul ayında utancverici hadisə yaşayıb. “Mançester Yunayted” və “Everton”un keçmiş ulduzu Mançesterdəki barda iki model və dostları ilə gecə saatlarında əylənib və döyülüb. O hadisədən sonra xanımı onu bütün vasitələrlə qorumağa çalışır.
“The Sun” Kolen və Ueyn arasındakı münasibətləri belə izah edir: “O bilir ki, sərxoş olanda idarəetməni itirir və dəhşətli qərarlar verir. Kolen ona və ya birlikdə olduğu insanlara, xüsusən də alkoqolun qarışdığı zaman etibar etmir. Ona düzgün idarə olunmağa ehtiyacı duyulan uşaq kimi yanaşır”.