Azərbaycanın bədii gimnastika üzrə əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nina Hacıbəylinskaya 95 yaşında dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, bu haqda Azərbaycan Gimnastika Federasiyası (AGF) məlumat yayıb.
Qeyd edək ki, Nina Fyodorovna Hacıbəylinskaya Azərbaycanın bədii gimnastika üzrə SSRİ idman ustası, SSRİ çempionatının bürünc medalçısı, Ümumittifaq dərəcəli hakimi olub. O, yeniyetmələr, gənclər və böyüklər üzrə yığma komandaların baş məşqçisi kimi fəaliyyət göstərib.