15:37 17.02.2022 1311

Batutda tarixi uğura sözardı: "Bu müddətdə azərbaycanlı gimnastın yetişdirilməsi..."

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Bakıda artıq ənənə halını almış beynəlxalq gimnastika yarışları mövsümünə fevralın 12-13-də batut gimnastikası üzrə Dünya Kuboku turniri ilə start verildi.

13 ölkədən ümumilikdə 52 idmançının qatıldığı yarış, gözlənildiyi kimi, baxımlı, gərgin idman mübarizəsi şəraitində keçdi. Budəfəki Dünya Kubokunun iştirakçıları arasında Belarus təmsilçiləri, Rio-2016 Yay Olimpiya Oyunlarının qızıl medalçısı, ikiqat Avropa çempionu, Avropa Oyunlarının qalibi, dünya çempionu Vladislav Qonçarov, Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi İvan Litvinoviç, beşqat dünya və beşqat Avropa çempionu Oleq Ryabtsov, Rusiya təmsilçisi, dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu Yana Lebedeva, İsveç təmsilçisi, üçqat dünya və Avropa çempionu Lina Sjoberq, Avstriya təmsilçisi, yeniyetmələr arasında Olimpiya Oyunlarının bürünc mükafatçısı Benni Vizani, Gürcüstan təmsilçisi, Avropa Oyunlarının gümüş mükafatçısı Lyuba Qolovina da yer almışdılar.

Batut gimnastikasının 2013-cü ilin sonundan etibarən inkişaf etməyə başladığı ölkəmiz üçün builki Dünya Kuboku yeganə təmsilçimiz, qadınların fərdi yarışında məharətini sərgiləyən Selcan Mahsudovanın tarixi medalı ilə xüsusilə ələmatdar oldu. Təsnifat mərhələsini inamlı çıxışla başa vuran 19 yaşlı Mahsudova finalda hakimlərdən 52.780 xal alaraq gümüş mükafata layiq görüldü. Bu, Azərbaycanın batut gimnastikası tarixində qadınlar arasında fərdi növdə qazanılan ilk medal idi. 

Qadınlar arasında fərdi növlərdə ilk pillədə Rusiya təmsilçisi İrina Kundius (53.900 xal) qərarlaşdı. İtaliya təmsilçisi Giorgia Giampieri (51.820 xal) isə bürünc medal qazandı. 

Ümumilikdə, Dünya Kubokunda ikisi fərdi, ikisi sinxron proqramda olmaqla, dörd mükafat dəsti sahibini tapdı. Fərdi tullanmalarda təsnifat mərhələsinin sonunda ən çox xal toplayan gimnastlar isə xüsusi "AGF Trophy" mükafatına layiq görüldülər.

Kişi gimnastların fərdi mübarizəsində, proqnozlaşdırıldığı kimi, İvan Litvinoviç (61.850 xal)  bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxdı. Onun komanda yoldaşı Andrey Buylov  (60.800 xal) isə fəxri kürsünün ikinci pilləsində qərarlaşdı. Qazaxıstan idmançısı Dannil Mussabəyov (58.890 xal) bürünc medalla kifayətləndi. 

Qadınlar arasında Rusiya təmsilçisi Meri Qolota, kişilər arasında isə Belarus təmsilçisi İvan Litvinoviç icra üzrə ən yüksək xal toplayaraq “AGF Trophy” kubokuna yiyələndilər.

Qadınlar arasında sinxron batut proqramı üzrə Türkiyə-1 komandası 44.140 xalla 1-ci, İsveç cütlüyü 42.030 xalla 2-ci, Rusiya-2 komandası isə 32.790 xalla üçüncü pillədə qərarlaşdı.   
Kişilər arasında sinxron batut proqramı üzrə Belarus-2 komandası 52.810 xalla 1-ci, Rusiya-1 komandası 50.820 xalla ikinci, Portuqaliya komandası isə 49.960 xalla 3-cü oldu. 

Budəfəki yarışlara batut gimnastikası tarixində ilk dəfə olaraq İran və Hindistan komandaları qatıldı ki, bu, beynəlxalq mütəxəssislər tərəfindən növün inkişafı istiqamətindəki uğurlu addımlardan biri kimi dəyərləndirildi. Dünya Kuboku həm də onunla yadda qaldı ki, paytaxtımıza təşrif buyuran idmançılar yarışlarda Beynəlxalq Gimnastika Federasiyasının növbəti Olimpiya dövründəki yeni qaydalarını sınaqdan keçirdilər. 

Batut nədir?

Batut gimnastikasının yaranması amerikalı gimnast Corc Nissenin adı ilə bağlıdır. 1934-cü ildə sirkdə akrobatların elastik təhlükəsizlik torunun üzərinə enməsi və təkan götürərək akrobatik elementlərin icrasından ilhamlanan C.Nissen batut alətinin ilk prototipini hazırlamış və ona ispan mənşəli söz olan “tramplin” adını vermişdir.

Batut gimnastikası üzrə ilk ABŞ milli çempionatı 1948-ci ildə, Dünya çempionatı isə 1964-cü ildə Londonda keçirilib. Bu çempionatdan dərhal sonra Beynəlxalq Batut Gimnastikası Federasiyası yaradıldı (FIT) və 1988-ci ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanındı.

Tamblinq üzrə çıxışlar 1965-ci, ikili-mini batut üzrə çıxışlar isə 1976-cı ildə Dünya çempionatının proqramına daxil edildi.

1998-ci ildə FIT ləğv edildi və artıq 1999-cu ildən batut gimnastikası Beynəlxalq Gimnastika Federasiyasının (FIG) inkişaf etdirdiyi gimnastika növləri sırasına daxil oldu.

Batut gimnastikası üzrə fərdi çıxışlar ilk dəfə 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarında təmsil olundu. Hazırda bu növ üzrə Dünya Çempionatı Olimpiya Oyunlarının keçirildiyi il istisna olmaqla hər il keçirilir.

Batut gimnastikasına kişi və qadınlar tərəfindən icra olunan batut üzərində fərdi və sinxron çıxışlar, ikili mini-batut və akrobatika cığırında (tamblinq) hərəkətlər aiddir. Bunlardan yalnız batut üzərində fərdi çıxışlar Olimpiya Oyunlarının proqramına daxildir. Fərdi proqramda çıxış edən gimnastlar sinxron cütlük tərkibində, ikili mini-batut proqramı üzrə çıxış edən idmançılar akrobatika cığırında, fərdi hərəkətləri nümayiş etdirən gimnastlar isə ikili mini-batut üzərində də güclərini sınaya bilərlər.

Bütün proqramlar üzrə çıxışlar tullanışların çətinliyi və icrası meyarlarına əsasən qiymətləndirilir. Batut gimnastikasının fərdi çıxışlarında buraya havada uçuş müddəti və üfüqi yerdəyişmə, sinxron hərəkətlərdə isə üfüqi yerdəyişmə ilə yanaşı sinxronluq da əlavə olunur.

Batut gimnastikası Azərbaycanda

Hazırda batut gimnastikasının proqramına daxil olan tamblinq (akrobatika cığırı üzərində tullanışlar) keçmiş SSRİ ölkələrində olduğu kimi, Azərbaycanda da ötən əsrin 30-cu illərində formalaşmış idman akrobatikasının bir növü kimi inkişaf etmişdir. Azərbaycan SSR-nin idmançıları bu növ yarışlarda SSRİ çempionatı və birinciliklərində, məktəblilərin Ümumittifaq Spartakiadalarında Respublikanı təmsil etmişlər.

2002-ci ilin oktyabrında ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilməsi ilə ölkəmizdə gimnastika növlərinin dirçəliş dövrü başlandı. Həmin ildən etibarən tamblinq AGF tərəfindən inkişaf etdirilir və hazırda batut gimnastikasına daxildir.

Batut gimnastikasının 2013-cü ilin sonlarından etibarən ölkəmizdə inkişafına, 2015-ci ildə Bakıda təşkil edilmiş 1-ci Avropa Oyunlarının proqramına daxil edilməsi təkan verdi. Bütün yeni inkişafa qədəm qoymuş gimnastika növlərində olduğu kimi, burada da ilkin mərhələdə yığma komandaya xarici idmançı və mütəxəssislər cəlb edildi. Xatırladaq ki, Bakıdakı Avropa Oyunlarında batut gimnastikası üzrə fərdi proqramda çıxış edən İlya Qrişunin ölkəmiz adına bürünc medal qazanmışdı.

2016-cı ildə İspaniyanın Valyadolid şəhərində keçirilmiş Avropa çemponatında Azərbaycanın debüt etdiyi ikili mini-batut yarışlarında gimnast Dmitri Fedorovski bürünc medal qazandı.

Tamblinq üzrə təmsilçimiz Mixail Malkin 2017-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan dünya yaş qrupları yarışlarında Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq baş mükafata sahib çıxdı.

2017-ci ildə Vroslav (Polşa) şəhərindəki Ümumdünya Oyunları çərçivəsində baş tutan yarışlarda sinxron proqramda çıxış edən Veronika Zemlyanaya və Svetlana Makştaryova cütlüyü ölkənin gimnastika tarixində ilk dəfə olaraq gümüş medal əldə etdi.

2018-ci ildə ölkəmizdə ilk dəfə təşkil olunmuş bu növ üzrə qitə birinciliyində isə gimnastlarımız komandamızın hesabına həm qızıl, həm də gümüş medal yazdırdılar. Tamblinqçimiz Mixail Malkin qızıl, sinxron yarışlarda çıxış edən qadın batutçular Svetlana Makştaryova və Veronika Zemlyanaya isə gümüş medala sahibləndilər.

Bu uğurlar zaman keçdikcə ölkədə yeniyetmə gimnastların da inkişafına təkan verməyə başladı. Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq 2019-cu ildə Yaponiyanın paytaxtı Tokioda təşkil olunmuş batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında 11-12 yaş kateqoriyasında çıxış edən Maqsud Mahsudov fərdi proqramda qızıl medala, Hüseyn Abbasovla birgə sinxron proqramda isə gümüş medala layiq görüldülər. Həmin çempionat çərçivəsində tamblinq yarışlarında 11-12 yaşlı gimnastlar arasında ölkəmizi təmsil edən Aleksey Karataşov da yarışların qızıl medalını qazandı. 

"Məni sakitləşdirir, bacaracağıma inandırır"

Doğma divarlar arasında tarixi nailiyyətə imza atan Selcan Mahsudova ilə yarışdan sonra əlaqə saxlayıb gənc idmançının təəssüratlarını öyrəndik: 

"Əslində, yarış ərəfəsi mənim üçün yaxşı keçmədi. Dünya Kubokuna iki həftə qalmış səhhətimdə problem yarandı. Son hazırlıq prosesi cəmi dörd-beş gün çəkdi. Amma əmin idim ki, medala layiq nəticə göstərə biləcəyəm. Çünki ümumi hazırlığım yaxşı səviyyədə idi".

Mahsudova yeni qaydalar əsasında çıxış etməyin onun üçün daha münasib olduğunu qeyd elədi:

 "Çünki indi bizə təsnifat mərhələsində çıxış üçün iki dəfə şans verilir. Bu isə idmançının özünəinamlı çıxış etməsi baxımından bir sıra üstünlüklər yaradır. Məsələn, birinci dəfə çıxışın istədiyin kimi alınmırsa, ikinci dəfə proqramı daha rahatlıqla icra edə bilərsən.

Bakıda qazandığı medalını dünyadan köçmüş nənəsinə həsr etdiyi deyən gənc batutçu kiçik qardaşı Maqsud Mahsudovla bir-birinin uğurlarında oynadıqları roldan danışdı: "O, məndən dörd yaş kiçik olsa da, batuta daha əvvəl, təxminən bir ay öncə başlayıb. Əlbəttə, birimizin uğuru digərimizi də qələbəyə ruhlandırır. Deyərdim ki, qardaşım mənə psixoloji cəhətdən çox kömək olur. Onun adicə tribunada əyləşib yarışımı izləməsi mənə çox şey verir. Məni sakitləşdirir, bacaracağıma inandırır. Ondan güc alıram".

Qarşıdakı hədəflərini açıqlayan Selcan Dünya Kubokunun medalının onu yeni qələbələrə ruhlandırdığını vurğuladı: 

"Mən özümü şanssız idmançı sayırdım. Həmişə böyük yarışlarda medaldan cüzi fərqlə aralı düşüb 4, 6-cı yerləri tutmuşam. Birdən-birə Bakıda ikinci yer tutmağım, əlbəttə, çox böyük stimul oldu. Bu il mayın sonunda İtaliyada Avropa çempionatı, noyabrda isə Sofiyada dünya çempionatı və dünya yaş qrupları yarışları olacaq. Qitə çempionatında, nəhayət, medal qazanmaq istəyirəm. Dünya çempionatı və dünya yaş qrupları yarışlarının isə yalnız birinə qatılmaq imkanım var. Buna məşqçilər qərar verəcək".

Tarixi uğurla bağlı saytımıza danışan Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadənin fikirlərini təqdim edirik:

"Bildiyiniz kimi, Azərbaycanda batut gimnastikasının inkişafı 2013-cü ilin sonlarından başlayıb. Səkkiz ildən bir qədər artıq müddət ərzində azərbaycanlı gimnastın yetişdirilməsi, Olimpiya növü olan fərdi proqramda nailiyyətin qazanılması bizim üçün böyük əhəmiyyət kəsb edir. Bunadək ölkəmizi təmsil edən batut gimnastları sinxron proqramda müəyyən nəticələrə nail olmuşdular. Lakin Olimpiya növü olan fərdi proqramda bu, bizim ilk medalımızdır".

Cari il ərzində paytaxtımızda təşkil olunacaq digər yarışları xatırladan qurum rəsmisi qarşıya qoyulan hədəfləri açıqladı: 

"3-6 mart tarixlərində Bakıda ilk dəfə olaraq dünya yaş qrupları yarışlarının təşkili planlaşdırılır. Növbəti həftə isə ölkəmiz akrobatika üzrə dünya çempionatına ev sahibliyi edəcək. Daha sonra 31 mart - 3 aprel tarixlərində kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku keçiriləcək. Bu il Bakıda baş tutacaq son yarış isə bədii gimnastika üzrə Dünya Kuboku olacaq. Həmin turnir 22-24 apreldə təşkil ediləcək. Həm akrobatlarımızın, həm də bədii gimnastlarımızın beynəlxalq arenada müəyyən nəticələri var. Onlar bir sıra mötəbər yarışlarda mükafatçılar sırasında olublar. Odur ki, ümid edirik, gimnastlarımız Bakıda baş tutacaq yarışlarda növbəti dəfə layiqli çıxış nümayiş etdirəcəklər".

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 Aprel 2024
17:13

MPL: Qəbələdə 2-ci qol olacaqmı? - YENİLƏNİR 

17:10

"Nyukasl"dan rekord - Premyer Liqa tarixində bunu bacaran olmamışdı

16:37

"Qẹbələ" azarkeşlərindən rəqib futbolçuya isti műnasibət - FOTO

16:29

"Bayern"də qalmaqal: Tuxellə klub prezidenti arasında münaqişənin detalları bilindi

16:11

Ürfan Abbasova xüsusi hədiyyə təqdim edildi

15:50

Millimiz Belarusda qalib gəldi

15:26

Naçonun yeni klubu bilindi - Bundesliqada oynayacaq

15:00

Məşhur agent PSJ rəhbərliyinə 2 müştərisini təklif etdi - Mpappenin yerinə 

14:36

Azərbaycan avarçəkəni Olimpiya Oyunlarına lisenziya qazandı

14:09

"Barselona" heyətini argentinalı oyunçu ilə gücləndirir - Razılıq əldə olundu

13:38

Villaş-Boaş Portuqaliya nəhənginin prezidenti seçildi

13:05

Keyn iki rekorda imza atdı

12:39

"Birinci Liqanı "Araz Saatlı" tərk edəcək, yoxsa "İrəvan"? - PFL-dən açıqlama

12:11

Azərbaycan cüdoçularından tarixi uğur

11:44

"Qalatasaray"ın idman akademiyası fəaliyyətə başladı - Azərbaycanda

11:15

"Azərbaycanda futbol sosial layihə kimidir" - "Ağdaş"ın rəhbəri

10:47

Günün oyunları bu kanallarda - AFİŞA

10:23

MLS-də Messi rüzgarı əsir

09:39

Stolüstü tennisçimiz beynəlxalq yarışın qalibi oldu

09:20

"Neftçi" çağırış etdi, "Forza Neftçi" cavab bəyanatı yaydı

09:00

İtaliya çempionunun transfer həmləsi - Siyahıda 5 futbolçu var

27 Aprel 2024
23:55

PSJ 18 yaşlı futbolçusu ilə müqavilə yenilədi

23:36

"Bayer Leverkuzen" əsrin rekorduna imza atdı

22:44

"Nə baş verdiyini bu gün desəm..." - Salah Kloppla niyə mübahisə edib?

22:27

Renat Dadaşov qol vurdu, komandası...

22:01

Salah Kloppla mübahisə etdi

21:43

Renduliç "Sabah"ı 3-cü pilləyə yüksəldən qələbəni dəyərləndirdi

20:53

"Rəqib qapıçının çıxışı möhtəşəm idi" - Diniyevdən məĝlubiyyət şərhi

19:56

MPL: "Sabah" "Səbail"i inamla yendi

19:36

Elcan da Avropa çempionu oldu

18:47

Azərbaycan cüdoçusu AÇ-nin finalında

18:07

Azərbaycan taekvandoçularından daha 1 medal

17:50

"Barselona" Kanselu və Felikslə bağlı son qərarını verdi - Biri klubuna qayıdacaq

16:47

"Raşford bilirdi ki, problemlərin səbəbi onun oynadığı futboldur"

16:22

AÇ: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəldi

15:55

Azərbaycan millisi 5 medalla 3-cü oldu

15:39

"Qalatasaray"ın prezidenti postu uğrunda mübarizə aparacaqmı? - Özü açıqladı

15:14

"Milan" Piolini ispan mütəxəssislə əvəzləyir

14:49

"Qaradağ Lökbatan"ın U-17 komandasına danışılmış oyunlarla bağlı seminar keçildi

14:27

Yamalın agenti onu 200 milyona almaq istəyən PSJ-nin rəsmiləri ilə görüşdü

Facebookdan bizi izləməyi unutmayın.
X