“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov paraqvaylı yarımmüdafiəçi Erik Ramosla bağlı duruma aydınlıq gətirib. Azerisport.az saytına müsahibəsində o, danışıqların hələ də davam etdiyini bildirib:
“Danışıqlar davam edir. Demək olar ki, 80 faiz razılıq əldə olunub. Böyük ehtimalla biz yenidən onu icarəyə götürəcəyik. Ötən mövsüm olduğu kimi, Ramosun xidmətindən daha bir il icarə əsasında yararlanmaq istəyirik”.
İdman24.az