Sabah Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Qalatasaray"ın qonağı olacaq "Çelsi" Türkiyəyə gəlib. Fanat.az xəbər verir ki, London klubunun baş məşqçisi Joze Mourinyo İstanbulda mətbuat konfransı keçirərək, jurnalistlərin suallarını cavablandırıb.
- Şəxsi söhbətləriniz mətbuata çıxdı. Bu barədə nə düşünürsünüz?
- Siz - jurnalistlər utanmalısınız. Şəxsi söhbəti lentə almaq və yayımlamaq ayıbdı. Bunu edənlərin utunması lazımdı. Bu danışığın yazılıb yayımlanması utancverici haldı. Söylənən şey gülməli deyil. Özümü müdafiə etmirəm. Söylədiyim sözlər şəxsi söhbətdə deyilib. Eto`Odan danışırıq. Bu adam 4 dəfə çempion olub. Ən yaxşı mövsümlərimizi onunla keçirmişik. Orda futbola aidiyyatı olmayan insanlarla söhbət edirdim.
- "Qalatasaray" matçı ilə bağlı nə deyə bilərsiniz? Droqba ilə qarşılaşmaq üçün tələsirsiniz?
- Mən bütün matçlar üçün çox tələsirəm. "Qalatasaray" Türkiyənin çempionudu. Droqba ilə qarşılaşmaq mənim üçün çox çətindi. Bunu qəbul etməliyik. Mən öz işimi görməliyəm. O da qol vurmağa çalıqacaq. Didye ilə yenidən görüşəcəyim üçün çox xoşbəxtəm.
- Roberto Mançini və Fatih Terimli "Qalatasaray"ı necə dəyərləndirirsiniz?
- "Qalatasaray" ötən il də yaxşı komanda idi, indi də eynidi. Eyni oyunçular oynayır, həmçinin yeni transferlər olu. Sol və sağ cinaha yeni futbolçular aldılar. Çox yaxşı hücumçuları var. Ötən mövsüm onlara qarşı oynamaq "Real" üçün çətin idi. Bu dəfə eyni şeylər "Çelsi"ni gözləyir.
- "Çelsi"nin Çempionlar Liqasını qazanmaq şansı nə qədərdi?
- Turnirin favoriti olmadığımız dəqiqdi. Amma hər hansı bir komanda 1/4 finala çıxarsa, hər şey mümkündü. "Çelsi" Çempionlar Liqasını bundan əvvəl də qazananda favorit deyildi. Amma favorit olduğu zamanlarda qazana bilmədiyi vaxtlar da olub. Hazırda daha şanslı 4-5 komanda var.
- "Qalatasaray"lı futbolçuların qarşısını almaq üçün hər hansı özəl bir planınız olacaq?
- Təbii ki, qazanmaq üçün oynayacağıq. "Qalatasaray"ın xüsusi oyunçuları var. Umut Bulut kimi qol vurmağı bacaran futbolçu burda oynayır. Onlara qarşı öz sistemimizi tətbiq edib udmağa çalışacağıq.
- Gələcəkdə "Qalatasaray"dan təklif alsanız, hansı cavabı verərsiniz?
- Hazırda olmaq istədiyim klubdayam. Məni qovmaq istəmədikləri müddətdə burda qalacam. Təbbi ki, bir futbol adamıyam. Futbolda hər an hər şey ola bilər.
Fanat.az