Azərbaycan Daniel Abbasov və Murad Rəfiyevdən ibarət akrobatika cütlüyü Bakıdakı dünya çempionatının bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, cütlük qarışıq hərəkətlərdə (temp və balans) 28.270 xala layiq görülüb.
ABŞ akrobatları qızıl, Qazaxıstan isə gümüş medala sahib çıxıb.
Qeyd edək ki, Abbasov və Rəfiyevdən ibarət cütlük martın 12-də temp, martın 13-də balansla hərəkətlərdə finalda mübarizə aparacaqlar.