Bu gün "Qalatasaray" Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Çelsi"ni qəbul edəcək. Oyundan öncə keçirilən mətbuat konfransına qatılan İstanbul klubunun baş məşqçisi Roberto Mançini jurnalistlərin suallarını cavablandırıb.
- Sabah (bu gün) əcnəbi futbolçuların neçəsini meydanda görəcəyik? Heyət qurmaqda çətinlik çəkəcəkmi?
- Uesli oynayacaq (gülür). Türkiyədəki qaydalardan xoşum gəlmir. Təbii ki, bir sıra dəyişikliklər edə bilərik.
- Şansızın nə qədərdi?
- "Çelsi"nin çox yaxşı heyəti var, güclü komandadı. Rəqibin mərhələ keçmək şansı 80 faizid.
- "Çelsi" qarşı taktikanızla bağlı kiçik ipucu verə bilərsiniz?
- Əslində bütün sistemlərdə nəticə qazanmaq olar. Mentalitet daha önəmlidi. Sabah (bu gü) bütün texniki sistemləri tətbiq edə bilərik.
- Mourinyo gənc komanda olduqlarını deyib. Bununla bağlı nə düşünürsünüz?
- Hə, eynən bizim kimi onlar da gənc komandadı. Gəncə, hətta fantastik oyunçuları var və qazanmağa alışıblar.
- Didye Droqa və Uesli Sneyder meydanda hansı hissləri keçirəcək?
- Məncə, Droqba "Çelsi", Sneyder "İnter" üçün çox önəmli idi. Sabah (bu gün) onlar çox yaxşı oynamalıdı. Matçdan sonra yeməyə belə çıxa bilərlər. Amma meydanda savaşmalıdılar.
- Bu tip matçlar baş məşqçilərin savaşıdı?
- Məncə, bu oyun iki komanda arasında oynanılacaq. Mourinyo və mənim bəxtim onda gətirib ki, biz oynamırıq.
Fanat.az