Çempionlar Liqasına Avstriyada hazırlaşan “Neftçi” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. Ardıcıl 3 mövsüm Azərbaycan çempionu olmuş flaqman bu gün Julius Vobayla 2 illik müqavilə imzalayıb.
29 yaşlı sierra-leoneli yarımmüdafiəçi artıq komandamızın Avstriyadakı düşərgəsinə qoşularaq təlim-məşq toplanışında iştirak edir.
İdman24.az