Ölkəmizi Avroliqada təmsil edəcək “İnter”in sabah “Krasnodar”la keçirəcəyi yoxlama oyununun başlanma vaxtına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qarşılaşmanın baş tutacağı məkanın da adı məlumdur. Tərəflər neytral olan Valxzee qəsəbəsinin eyniadlı stadionunda üz-üzə gələcək.
Qeyd edək ki, Avstriyada keçirilən ilk yoxlama oyununda “İnter” “İnsbruk”a 8:0 hesabı ilə qalib gəlibsə, Ermənistan millisinin yarımmüdafiəçisi Markos Pitsellinin çıxış etdiyi “Krasnodar” Donetsk “Şaxtyor”una 1:2 hesabı ilə məğlub olub.
İdman24.az