"Rəvan"ın "Qəbələ" ilə səfər oyununa baxdım. Deyə bilərəm ki, bu komandanın heyətində yer alan hər bir futbolçu nə etdiyini bilir. Görünür ki, biz yaxşı formalaşmış komandaya qarşı mübarizə aparacağıq". Fanat.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.
Baş məşqçi meydana üç xal üçün çıxacaqlarını bildirib: "Bizi çox ağır oyun gözləyir. Matça ciddi hazırlaşmışıq. Düzdü, heyətdə itkilər var. Aleksandr Şemonayev cəza, Xuan Fransiko və Samuel Barlay isə zədə səbəbindən oynamayacaqlar. Bütün bunlara rəğmən sabah qələbə üçün meydançaya çıxacağıq".
Fanat.az