İtaliya vəsiqəsi ilə avtomobil idarə edən rus pilot Artyom Severyuxin kartinq üzrə Avropa çempionatının mərhələlərinin birində qalib gələrək fəxri kürsüdə nasist jesti göstərib.
Fanat.Az "Sports.ru" saytına istinadən xəbər verir ki, mərhələ Portuqaliyanın Portimau şəhərində baş tutub.
İtaliya himninin ifası zamanı Severyuxin sağ əli ilə ürəyinin üstünə toxunaraq “Roma salamı” adlanan jest nümayiş etdirib. Buna bənzər jest əsasən faşist İtaliyası və nasist Almaniyasında istifadə edilib.
Bildirilir ki, 15 yaşlı sürücünün anası oğlunun hərəkətini belə izah edib: “O, komandaya və mənə ürək göndərib”.
Dünya Kartinq Çempionatının sosial şəbəkələri hadisənin foto və videolarını silib.
Emin