18:52 03.03.2014 671

"Xal fərqini "əritmək" asan olmayacaq" - MÜSAHİBƏ

Son turda əsas rəqibi “Qarabağ”a 1:4 hesabıyla uduzan “Neftçi”nin uğursuzluq zolağından çıxa bilməməsi göz önündədi. Təlim-məşq toplanışından qayıdandan sonra çıxdığı ilk çempionat görüşündə adından söz etdirən komandanın “böyük oyun”un ardından çökməsi faktdı. Çempionun kamerunlu legioneri Ernst Nforla həm bərbad durum, həm də “Qarabağ”la matç haqda danışdıq.


- “Neftçi”nin qış fasiləsindən sonra keçirdiyi 6 oyuna 5 xal toplaması ciddi uğursuzluq anlamındadı. Nə baş verir?

- Biz fasilədə çox yaxşı hazırlıq keçmişdik və yoldaşlıq oyunlarında da xoş təsir bağışlamışdıq. Türkiyədən qayıdandan sonra “Simurq”la üz-üzə gəlib 3:0 hesablı qələbə qazandıq. “Xəzər Lənkəran”la oyunda birdən-birə bir neçə müdafiəçinin “qırmızı” alıb uzun müddətə cəzalandırılması vəziyyəti dəyişdi. Əsas heyət üzvlərinin, özü də start “11-lik”də yer alan müdafiəçilərin yoxluğunda oyun sistemi pozuldu. Doğrudan da çox böyük zərbə idi.


- O vərəqələr olmasaydı, bu gün qələbələri sıralayardız? Bəlkə komanda ruhu ölüb?

- Təxminlərlə danışmaq istəmirəm. Fakt budu ki, biz Lənkərandakı matçdan sonra yarımcan heyətlə mübarizə aparırıq. “Bakı”yla oyunda dayaq yarımmüdafiəçisi mövqeyində oynadım. Halbuki hücumameyilli oyunçuyam. Baş məşqçi orda oynatmağa təcrübəli fiqur tapmadığından məni geri çəkməli olmuşdu. Əlbəttə, 6 oyuna 5 xal çox pis göstəricidi. Ancaq bunun səbəbini komanda ruhunun ölməsiylə əlaqələndirmək olmaz.


- Qələbəsiz oyunlar seriyası istənilən halda oyunçuların psixoloji durumuna təsir edir...

- Öz adımdan deyə bilərəm ki, sarsılmamışam. Hansı mövqedə oynamağımın da fərqi yoxdu. Baş məşqçi müdafiədə çıxış etməyimi istəsə, ona da hazıram. Oyunlardakı hakim idarəçiliyi məni sadəcə təəccübləndirir.


- “Qarabağ”la görüşdə baş verənləri nəzərdə tutursan?

- Yalnız onu yox. Elə əvvəlki matçlarda da gülünc qərarlar görmüşəm. Belə hakimlik Azərbaycan çempionatının “ayağından çəkir”. Meydanda normal mübarizə aparmağa imkan vermirlərsə, necə oynayasan?


- Konkret olaraq, “Qarabağ”la matla bağlı fikirlərini bilmək istərdik.

- Özünüz yəqin, baxmısız. Deməyə söz tapmıram. Adama elə gəlirdi ki, referi nə etmək istədiyini özü də bilmir. Oyunun 15-ci dəqiqəsində rəqibin 20 nömrəli futbolçusu (Riçard Almeyda - N.) məni vurdu. Onun ayağıma endirdiyi zərbədən sonra xəstəxanalıq olmadığım üçün özümü xoşbəxt sayıram. Hakim o epizoda görə rəqib yarımmüdafiəçini mütləq qovmalı idi. Araz Abdullayevə verdiyi “qırmızı”nı görəndə inanın ki, dəhşətə gəldim. Üstəlik, Araz meydandan çıxmadığı halda, oyun davam etdirilir və qapımıza vurulan qolu qeydə alırsa, buna nə ad verək? Düzdü, bir qədər sonra həmin qərarını da dəyişdi. Başa düşdü ki, ciddi səhvə yol verib. “Qarabağ”ın kapitanı (Rəşad Sadıqov - N.) da Arazın “qırmızı”lıq hərəkətə yol vermədiyini deyirdi. Bir sözlə, bərbad idarəçilik son oyuna xələl gətirdi. Söhbət məğlubiyyətdən getmir. Yenilgiyə bəraət qazandırmağa çalışdığımı düşünməyin. Belə idarəçilik çempionatın imicinə zərbədi.


- Artıq Ağdam təmsilçisi ilə aranızda 10 xallıq fərq var. Bundan sonra “Neftçi” nəyə ümid edəcək?

- Sonadək mübarizə aparacağıq. Təqvimdən xəbərim var. Son turlarda nisbətən münasib rəqiblərlə oynayacağıq. Doğrudu, aradakı xal fərqini “əritmək” asan olmayacaq. Lakin mümkünsüz heç nə yoxdu. Növbəti turdan Bruno Bertuççi və Karlos Kardoso da meydana çıxa biləcək. Arazın aldığı vərəqənin ləğv ediləcəyinə də inamımız çoxdu. Tam heyətlə oynasaq, çox şeyi dəyişərik. Əsas odu ki, ədalətsizliklə üzləşməyək.


- “Neftçi” hədəflərindən uzaq düşsə, rəhbərlik ödənişli futbolçularla yenidən masa arxasına əyləşə, yolları ayıra bilər. Bu səni qorxutmur?

- Mənim müqaviləmin müddəti bu mövsümün sonunda bitmir. Digər tərəfdən özümü ödənişli futbolçu da saymıram. Premyer Liqada top qovan əcnəbilərin bəzilərindən 3 dəfə az pula oynayıram.   


- Azərbaycana gəldiyinə görə üzüldüyün anlar olur?

- Premyer Liqa komandalarının səviyyəsi yaxşıdı. Burdakı iddialıların Belçika çempionatında çıxış edən klublardan geri qalmadığını söyləməliyəm. Üzülmürəm və peşiman deyiləm. Gələcəyə ümidlə baxıram. Çətin günlərin, xoşagəlməz halların geridə qalmasını arzulayıram. Məqsədim futbol oynamaq, komandama fayda verməkdi. “Neftçi”ylə avrokuboklarda uğur qazanmaq istəyirəm.


- “Neftçi”də oynaya-oynaya Kamerun millisinə dəvət almaq olar?

- Çempionatda yaxşı futbol sərgiləsəm, Avropada komanda şəklində sözümüzü desək, olar.

 

"Futbol+" qəzeti

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X