2023-cü ildə Rusiyanın Yekaterinburq şəhərində keçirilməsi nəzərdə tutulan Ümumdünya Yay Universiadasını təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq Universitet İdmanı Federasiyasının (FISU) İcraiyyə Komitəsi qərar qəbul edib.
Universiada 2023-cü il avqustun 7-dən 19-dək keçirilməli idi.
Bundan əvvəl FISU Yekaterinburq şəhərini 2022-ci ilin sentyabrına planlaşdırılan Ümumdünya Döyüş Sənəti Oyunlarına ev sahibliyi etmək hüququndan məhrum edib. Yarışlar Türkiyənin Samsun şəhərində keçiriləcək. Həmçinin Rusiyada tələbələrin iki dünya çempionatı (Kazanda reqbi və Moskvada pauerliftinq) da ləğv edilib.
FISU-nun icraiyyə komitəsinin Yekaterinburqda keçirilməsi planlaşdırılan iclası noyabrın 10-12-də Brüsseldə təşkil ediləcək. Həmin iclasda 2027-ci ildə keçiriləcək Universiadanın ev sahibi müəyyənləşəcək.
Qeyd edək ki, martın 12-də FISU Rusiya və Belarus idmançılarının təşkilatın himayəsi altında keçirilən yarışlarda iştirakını dayandırıb.