20:22 04.03.2014 647

Berti Foqts: "Ruslan Abışov əvvəlki oyunçu deyil" - MÜSAHİBƏ

Sabah Filippin yığması ilə yoldaşlıq görüşü keçirəcək millimizin baş məşqçisi Berti Foqts bu gün Dubayda mətbuat konfransı keçirib. Foqtsun fikirlərini diqqətinizə çatdırırıq:

- Ötən həftə püşkatmaya dair mətbuat konfransı olmalı idi. Ancaq nədənsə, baş tutmadı. Məndən nə qədər xal toplamağı nəzərdə tutduğumuzu soruşdular. Əgər bu, normal sualdırsa, onda jurnalistikada nəyisə dəyişmək lazımdı.

- Futbolçuların hazırlığı necədi?
- Fiziki hazırlıq normaldı. Müsbət məqamlar var. Psixoloji nöqteyi-nəzərdən də hər şey yaxşıdı. İstək görürəm. Biz “Qarabağ” - “Neftçi” və “Xəzər Lənkəran” - “Bakı” oyunlarına baxmışıq. Yaxşı oyunlar idi.

- Nə üçün yığmada “Qəbələ”dən iki qapıçı var?
- Mənə elə gəlir ki, bir klubda yığmanın iki qapıçısı oynamamalıdı. Kamran “Qəbələ”yə Anardan sonra gəlib. Mən ona müqavilədə şərt qoymağı təklif etdim ki, o, birinci nömrə olsun. Ancaq o, bunu etmədi. Anarda günah görmürəm. Hər ikisi yığmanın qapıçısıdı.

Uli Ştayn (yığmanın məşqçisi): "Səlahət Ağayevin zədəsi var. Aqil Məmmədovun isə ailəsində itki var".
Rauf Mehdiyev (yığmanın məşqçisi): "Anar ehtiyatda oturmasına rəğmən, yaxşı formadadı".

- Oyunçuları öz strategiyanıza nə qədər öyrədə bilmisiniz?
- Hər bir oyunçu digərindən fərqlənir. Ancaq vacibdi ki, onlar bir-birini yaxşı anlasınlar. Mən həmişə futbolçulara demişəm ki, sürətlə oynamaq lazımdı. Mən Rəşad, Mahir və Elnurdan çox şey tələb edirəm.

- Kimlə işləmək asandı - yerlilər yoxsa milliləşdirilmişlərlə?
- Futbol komanda oyunudu. Hər futbolçunun öz anlayışı var. Hər şey sadədi. Biz hamımız futbolçuya nə etmək lazım olduğunu deyirik. Mənim üçün hansı dildə və ya tərcüməçi vasitəsilə danışmağın heç bir fərqi yoxdu. Bizim futbolçunun problemi ondadı ki, topsuz qaçmır. Mən bunu çempionatda həmişə görürəm. Çempionatın son oyununda “Qarabağ”ın futbolçuları məhz belə oynayırdı. Yeri gəlmişkən, əksəri əcnəbilər idi.

- Rəşad Sadıqov oynaya biləcəkmi? Oynamasa, kapitan kim olacaq?
- Sabah səhər onun oynayıb-oynamayacağı aydın olacaq. Sadıqov bizə yüz faiz hazırlıqlı lazımdı. Rəşadın zədəsi ilə bağlı vəziyyətdən nə mən, nə də o, razı deyilik.

- Ruslan Abışovun “Rubin”də az oynaması sizi narahat etmir?
- Ruslan çox istedadlı oyunçudu. Çox təəssüf ki, Rusiyaya köçəndən sonra, o, əvvəlki deyil. Çünki az oynayır. Buna görə mənim ürəyim ağrıyır. O, özü də başa düşür ki, az oynayır. Onu çox sevirəm və onunla danışdım. Ruslan dedi ki, yaxınlarda qərar qəbul edəcək. Əgər Ruslanın xarici klubda oynamaq imkanı olsa, o, bundan yararlanmalıdı. Oynamaq lazımdı, skamyada oturmaq yox.

azerisport.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
17:47

MPL: "Zirə" "Sabah"ı, "Turan Tovuz" "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı yenir - YENİLƏNİR

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X