Bu gün Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda II İBA Cup (U-14) beynəlxalq futbol turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, son gündə iki görüş baş tutub.
Almaniyanın “Ayntraxt” və Serbiyanın “Partizan” klubları üçüncü yer uğrunda mübarizə aparıb. Belqrad klubu darmadağınla qalib gələrək bürünc medallara sahib çıxıb.
Final matçında isə İspaniyanın "Vilyarreal" və Türkiyənin "Beşiktaş" klubu üz-üzə gəlib. Türkiyə təmsilçisi qələbə qazanaraq, baş mükafata yiyələnib.
İBA Cup
22 iyun
3-cü yer uğrunda oyun
Ayntraxt – Partizan - 0:3
Final
Beşiktaş - Vilyarreal - 2:1
İdman24.az