Bolqarıstanın Varna şəhərində kişi və qadın idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kuboku yarışı keçirilib.
Fanat.Az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, yarışda ölkəmizi Samirə Qəhrəmanova, Milana Minakovskaya, Nikita Simonov, Mənsum Səfərov və Ağamurad Qəhrəmanov təmsil ediblər.
Komandamızın üzvü N.Simonov halqalarla çıxışına görə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.