Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Qran-Pri turnirində Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K-44, 70 kq) gümüş medal qazanıb.
Fanat.Az xəbər verir ki, idmançımız Türkiyə və Monqolustan təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həlledici mərhələdə meksikalı həmkarına məğlub olan Xəlilov yarışı ikinci yerdə başa vurub.
Xatırladaq ki, İ.Xəlilov mayın 22-də Mançesterdə keçirilən Avropa çempionatında da ikinci yeri tutub.