Azərbaycan Kubokunun 1/4 finalının ilk oyununda “Araz Naxçıvan”ın qonağı olacaq “Xəzər Lənkəran” Naxçıvanda hazırlıqlara başlayıb. Fanat.az xəbər verir ki, dünəndən etibarən Muxtar Respublikada məskunlaşan komanda bu gün matçın keçiriləcəyi arenada məşq edib.
Saat 11.00-da start götürən hazırlıq bir saat davam edib və futbolçular taktiki planda müxtəlif çalışmaları yerinə yetiriblər. Zədəli futbolçular siyahısına braziliyalı müdafiəçimizi Vilyam da qoşulub və onunla birgə Manuel Skarlatake də məşqi kənardan izləyib. Sabah oyun öncəsi son məşqinə çıxacaq "Xəzər Lənkəran" matç saatını gözləyəcək.
Fanat.az